“Biz ermənilərin nazı ilə oynayası deyilik ki?”
Mənfur qonşumuz olan işğalçı Ermənistanda erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları araşdıran özbək tarixçisi Şuxrat Salamova qarşı çirkin kompaniyaya start verilib. Səbəb özbək tarixçisinin "Qarabağ: ideyalar müharibəsi" və "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitablarını ərsəyə gətirməsidir. Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Şuxrat Salamova qarşı kampaniya başlayıb. Tarixçi-publisist falsifikasiya, milliyyətçilikdə, pantürkizm, fırıldaqçılıqda ittiham edilən tarixçi-publisist haqqında əsassız böhtanlar yayılır, ekstremist qruplarla əlaqədə günahlandırılır, şərəf və ləyaqəti təhqir olunur. Erməni icmasının nümayəndələri hətta onun evinə hücum ediblər.
31 Yanvar 2017 14:51 SiyasətNizami Cəfərov: "Ermənilərin elm adamları buna tutarlı cavab verə bilirlərsə, versinlər"
Mənfur qonşumuz olan işğalçı Ermənistanda erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları araşdıran özbək tarixçisi Şuxrat Salamova qarşı çirkin kompaniyaya start verilib. Səbəb özbək tarixçisinin "Qarabağ: ideyalar müharibəsi" və "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitablarını ərsəyə gətirməsidir. Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Şuxrat Salamova qarşı kampaniya başlayıb. Tarixçi-publisist falsifikasiya, milliyyətçilikdə, pantürkizm, fırıldaqçılıqda ittiham edilən tarixçi-publisist haqqında əsassız böhtanlar yayılır, ekstremist qruplarla əlaqədə günahlandırılır, şərəf və ləyaqəti təhqir olunur. Erməni icmasının nümayəndələri hətta onun evinə hücum ediblər. Rəsmi Yerevanın və erməni icmasının təsiri ilə Şuxrat Salamov barəsində millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə cinayət işi qaldırılması məsələsi gündəmdədir. Müsahibimiz millət vəkili, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərovdur.
-Nizami müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamı necə dəyərləndirisiniz?
- Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam həm xalqımızda, həm də dünyada bizi müdafiə edən qüvvələrdə çox böyük ruh yüksəkliyi yaratdı. Bu sərəncam eyni zamanda onu da göstərdi ki, biz öz tarixi torpaqlarımızı qarış-qarış da olsa geri alacağıq. Bu elə bir məsələdir ki, ondan imtina etmək, yaxud nəyisə gözləmək mümkün deyil. Sərəncam yalnız dövlətin yox, həm də bütövlükdə xalqın maraqlarını ifadə edən bir sənəddir və çox böyük naliyyətlərinin olacağı şübhəsizdir.
-Sizcə bu qayıdış proqramı erməniləri, eləcə də onların havadarlarını qıcıqlandırmayacaq?
- Artıq ermənilərin, yaxud onların havadarlarının nədənsə qıcıqlanmasının heç bir əhəmiyyəti yoxdur. Onsuz da Azərbaycanın istənilən qələbəsi Ermənistanı və onun havadarlarını qıcıqlandırır. Bununla yanaşı, düşünürəm ki, ermənilərin özlərinin də haradasa daxili bir ehtiyacı var ki, Dağlıq Qarabağ problemi həll olunsun. Güman etmirəm ağılı başında olan ermənilər də çalışırlar ki, Azərbaycanın işğal edilmiş torpaqları geri qaytarılsın. O ki, qaldı xüsusi qüvvələr var ki, onlar bu problemi yaradıblar, Azərbaycan ərazisini işğal ediblər, eləcə də bu prosesdə iştirak ediblər, erməniləri himayə edirlər, əlbətdə onlar bu gün də çalışırlar ki, mövcud vəziyyəti qoruyub saxlasınalar. Amma, artıq onların dedikləri ilə durub-oturmağın dövrü keçib. Odur ki, onlar əvvəl-axır başa düşməlidirlər ki, başqa ölkənin torpağını işğal etmək, xalqı beləcə çöllərə salmaq olmaz.
- Hazırda ermənilər özbək tarixçisi Şöhrət Salamova qarşı çirkin kompaniya aparırlar. Özbək tarixçi müəllifi olduğu "Qarabağ: ideyalar müharibəsi" və "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitablarına görə təqib olunur. Sizcə belə çirkin kompaniya nəyə hesablanıb?
- Əlbətdə ki, Şöhrət Salamovun tədqiqatları çox ciddi məsələləri əhatə edir. Həmin tədqiatlar obyektiv təhlillərə əsaslanır. Ermənilər də hər şeyə qarşı mübarizə aparırlar. Ermənilər bu cür tədqiqatlara, faktlara qarşı hər zaman həssasdır. Amma biz ermənilərin nazı ilə oynayası deyilik ki? Burada söhbət obyektiv tədqiqatların aparılmasından gedir. Ermənilərin elm adamları buna normal, tutarlı cavab verə bilirlərsə, versinlər. Bacarmırlarsa, biz nə etməliyik ki? Dünyanın elə vaxtıdır ki, elm adamlarına intellektual səlahiyyətlər verilməlidir. Bunun qarşısının alınması mümkün deyil. Biri var nəyisə böhtanla, şərlə yazırsan, biri də var ciddi arxivlər, tarixi materiallar əsasında ortaya çıxarırsan. Belə olan halda erməni olmur, kim olur-olsun, o mövqedən yanaşmaq anti-elmi, anti-intellektual və anti-mədəni hadisədir. Mən həmin insanın çox ciddi tədqiqatçı olduğunu bilirəm. Onun Azərbaycan, Türkiyə və dünya ölkələrinin tarixçilərilə geniş əlaqələri var. Obyektiv bir tədqiqatçıdır. Onun hədəfində erməniləri məqsədli şəkildə təhqir etmək yoxdur. O, ermənilərin yayıldığı türkdilli ölkələrdə onların törətdikləri cinayətləri faktlarla, sənədlərlə təhlil edib. Onun əsərində emosiyaya rast gələ bilməzsiniz. Hətta azərbaycanlı tədqiqatçının əsərində müəyyən emosiya ola bilər, bu, təbiidir. Çünki ermənilərin Azərbaycan xalqına vurduğu ziyan dünyanın gözü qabağındadır. Bu şəxs isə özbəkdir və kifayət qədər neytral tədqiqatların müəllifidir. Sadəcə olaraq faktlar bunu diqtə edir. Tədqiqatçı düzü deyirsə, birinci növbədə Azərbaycan ictimai fikri, Azərbaycan elmi onu müdafiə etməlidir. Söhbət obyektivliyin tədqiqatından gedir. Ermənlər arasında müəyyən qüvvələr var ki, onlar üçün fərqi yoxdur ki, söhbət nədən gedir. Onlar olduqca aqressiv yol tutublar, fəaliyyətlərini də bu istiqamətdə davam etdirilər. Əslində həmin qüvvələrin bir tarixi də var. Nə vaxt ki, onların aqressiv ideyalarına qarşı çıxan bir mövqe, şəxs, elm adamı olanda çalışırlar ki, onu mümkün qədər tez aradan qaldırsınlar. Belə cəhdlər, söz-söhbət, dedi-qodular olacaq, amma əsas məsələ ondan ibarətdir ki, həqiqət nəhayət ki, öz yerini tutmalıdır. Həquqət yalnlz qaragurh düşüncəsi ilə davam edə bilməz. Belə məlum olur ki, sən bir saxta tarix yaratmısan və çalışırsan ki, bütün dünya bu saxta tarixi qəbul eləsin. Axı, dünyada ağıllı qüvvələr var, odur ki, nə vaxtsa həmin saxta tarix ifşa olunmalıdır. Belə məlum olur ki, illərlə ermənilərin saxtakarlığına qarşı yazmaq lazım gəlir, nəinki tarixi realıqları. Elə bir mühit yaradıblar ki, mətləb qalıb qıraqda, elm adamları onların yaratdıqları saxta elmin təkzibi ilə məşğul olur. O baxımdan, belə tədqiqatlar əvvəl-axır olmalı idi.
-Nizami müəllim, Azərbaycan mətbuatında dil qaydaları lə bağlı çoxsaylı problemlərin olduğu bildirilir. Sizcə, hazırda istər çap, istərsə də elektron mediada dil qaydalarına nə dərəcədə riayət olunur?
-Bu güm bizim dilimiz ən çox mətbuatda, publisistikada inkişaf edir. Yəni, bütün yeniliklər mətbuatda təzahür edir. Bədii və elmi üslubumuz publisistik üslubun inkişafından geri qalır. Amma ən çox problemlər də oradadır. Xüsusilə bura aiddir durğu işarələrinin düzgün işlədilməməsi. Bu sahədə çoxli sayda həc-mərclik var və bunun da bir günahı elə dilçilik sahəsində çalışan mütəxəssislərin üzərinə düşür ki, durğu işarələri ilə bağlı məsələləri qaydaya salmırlar. Burada təbii ki, mənim də bir dilçi kimi günahım var. Bütövlükdə bu sahədə çox ciddi anlaşılmazlıqlar var. Üslub ifadə tərzində uğurlar da uğursuzliqlar da var. Orfoqrafiya sahəsində ciddi bir qüsur görmürəm, baxmayaraq ki, bizm indiki orfoqrafiya lüğtimiz o qədər də mükəmməl deyil. Amma mətbuatın bu sahədəki axtarışları normaldır. Terminologoya sahədində də bir sıra problemlərimiz var. Əsas çətinliklıərimiz isə alınma sözlərlə bağlıdır. Alınma sözlərin düzgün işlədilməsində , alınma sözlərə həddindən artıq meyil gösterilməsində çətinliklərimiz var. Amma əsas məsələ fikrin düzgün ifadə olunması problemidir. Bəzən həddindən artıq söz olur, amma informasiya, təhlil olmur. Ona görə də dil bir növ informasiyasız və təhlilsiz, informasiya, intellekt daşımayan dil olur.
Alim