Gündəm
Hakimliyə namizədlərlə tədris kursuna başlanıb
Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 126 nəfər namizəd uzunmüddətli tədris kursuna buraxılıb.
Dövlət Aqrar Universitetin tələbələri Macarıstana gediblər
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi Macarıstanın Dunayvaroş Universiteti ilə bağlanmış Erasmus + müqaviləsi çərçivəsində təhsillərini 1 semestr müddətində Macarıstan Respublikasında davam etdirəcəklər.
Azərbaycanda IV Uşaq Forumu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemlri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu ilə əməkdaşlıq çərçivəsində maraqlı tədbirlər həyata keçirir. Bunların sırasında erkən nikah halları və qızların təhsildən yayınmasının qarşısının alınması, yeni doğulmuş uşaqların qeydiyyatı ilə bağlı, küçə uşaqlarının vəziyyətinin təhlilidir.
Deputatlarımız beynəlxalq tədbirə qatılacaqlar
Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Dilarə Cəbrayılova və Pərvin Kazımzadə yanvarın 31-də Koreyanın paytaxtı Seula səfər ediblər. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, millət vəkilləri Dünya Sülh Federasiyasının “Sülh, təhlükəsizlik və insan inkişafı” mövzusunda IV Dünya Sammitində iştirak edəcəklər.
“Qadın geyim bəzəkləri” sərgisinin vaxtı uzadıldı
Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisi Azərbaycanın ənənəvi qadın geyim bəzəklərinə həsr olunub. Milli Azərbaycan Tarixi Muzeyindən “Olaylar” – a verilən məlumata görə sərgidə 200-dən artıq eksponat - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər nümayiş olunur. Nümayiş olunan eksponatların bir qismi e.ə. XIII - b.e. VII əsrlərinə aiddir, əksər eksponatlar isə XVIII-XX əsrin əvvəllərinə məxsusdur.
Mətbuat Şurasında veteran jurnalistlərin yubileyləri qeyd edilib
Bu gün Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış veteran jurnalistlər Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr olunmuş toplantı keçirilib.
8 170 nəfər şəxsə birdəfəlik müavinət ödənilib
Ölkəmizdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik pul müavinəti ilə təmin olunur. 2016-cı ildə nazirlik tərəfindən birdəfəlik pul müavinəti ilə təmin edilən belə şəxslərin sayı 8 170 nəfər olub.
Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 yanvar tarixində növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca çıxarılan dövlət əmlakları paytaxt və regionlarda yerləşir. Paytaxtda keçirilmiş hərrac komitənin İnformasiya Texnologiyaları Mərkəzində müasir hərrac zalında baş tutub.
“Gənc Əkinçi” akademiyası II başa çatıb
Azərbaycan milli mətbuatının parlaq səhifəsi olan “Əkinçi” qəzetinin vacib irsini gənclər arasında təbliğ etmək məqsədi daşıyan “Gənc Əkinçi” akademiyası sayca II dəfə baş tutub. “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı əsasında keçirilən layihədə qış məktəbi çərçivəsində gənc jurnalistlər Qubada bir sıra təlimlər keçiblər.
Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçiriləcək
Fevralın 1-də Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçiriləcəkdir. İclasda aşağıdakı mövzuların müzakirə edilməsi nəzərdə tutulub: Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub.
Ermənistanda seçiciləri 100 dollara satın alırlar - KİV
Ermənistanda qarşıdan gələn parlament seçkilərində hər bir seçicinin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq. Bunu Ermənistanda çıxan "Joxovurd" ("Xalq") qəzeti yazıb.
Türkiyənin 557 gündə məhv etdiyi PKK terrorçularının sayı açıqlanıb
Türkiyə ordusunun və hüquq-mühafizə orqanlarının 557 gündə keçirdikləri anti-terror əməliyyatları nəticəsində 10 minə yaxın terrorçu məhv edilib.
"Brexit" mexanizmi martın 9-da işə salınacaq
Böyük Britaniyanın Baş naziri Tereza Mey Lissabon müqaviləsinin 50-ci maddəsini - ölkənin Avropa İttifaqından (Aİ) çıxışının ikiillik prosedurunu bu il martın 9-da başladacaq.
"Cərimələr işləyən şəxslərin maaşından tutulacaq"
Bakıda cərimə olunan piyadaların cərimə məbləğini ödəməsi üçün sahə rəislərinə, təhsil müəssisələrinə müraciətlər edilib.
Azərbaycan "Eurovision-2017" müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək
Kiyev şəhər administrasiyasında "Eurovision-2017" mahnı müsabiqəsinin yarımfinallarının püşkatma mərasimi keçirilib.














