Azərbaycanda IV Uşaq Forumu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemlri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu ilə əməkdaşlıq çərçivəsində maraqlı tədbirlər həyata keçirir. Bunların sırasında erkən nikah halları və qızların təhsildən yayınmasının qarşısının alınması, yeni doğulmuş uşaqların qeydiyyatı ilə bağlı, küçə uşaqlarının vəziyyətinin təhlilidir.
31 Yanvar 2017 16:06 SosialAilə, Qadın və Uşaq Problemlri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu ilə əməkdaşlıq çərçivəsində maraqlı tədbirlər həyata keçirir. Bunların sırasında erkən nikah halları və qızların təhsildən yayınmasının qarşısının alınması, yeni doğulmuş uşaqların qeydiyyatı ilə bağlı, küçə uşaqlarının vəziyyətinin təhlilidir. Bu barədə məlumat verən komitə sədri Hicran Hüseynova qeyd edib ki, eyni zamanda, uşaqların zorakılıq hallarından müdafiə sisteminin öyrənilməsi məqsədi ilə tədqiqat aparılmışdır: "Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir. Bu sahədə ərzində müxtəlif təlimlər, treninqlər təşkil edilir. Artıq BMT-nin Uşaq Fondu, Heydər Əliyev Fondunun birgə dəstəyi ilə 3 Ümumrespublika Uşaq Forumu keçirilib və bu il IV Uşaq Forumunun keçirilməsi nəzərdə tutulur. Bu il Uşaq Hüquqları üzrə ölkə müvafiq Komitə qarşısında hesabat verəcək, bununla bağlı ciddi hazırlıq işləri aparılır". Komitə sədri Azərbaycanda BMT-nin Uşaq Fondu ilə birgə həyata keçirilən bütün proqram və layihələrin uşaqların inkişafına uğurlu töhfələr verəcəyinə əminliyini ifadə edib.