Deputatlarımız beynəlxalq tədbirə qatılacaqlar

Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Dilarə Cəbrayılova və Pərvin Kazımzadə yanvarın 31-də Koreyanın paytaxtı Seula səfər ediblər. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, millət vəkilləri Dünya Sülh Federasiyasının “Sülh, təhlükəsizlik və insan inkişafı” mövzusunda IV Dünya Sammitində iştirak edəcəklər.

Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Dilarə Cəbrayılova və Pərvin Kazımzadə yanvarın 31-də Koreyanın paytaxtı Seula səfər ediblər. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, millət vəkilləri Dünya Sülh Federasiyasının "Sülh, təhlükəsizlik və insan inkişafı" mövzusunda IV Dünya Sammitində iştirak edəcəklər.
Tədbirdə müxtəlif ölkələrin parlamentariləri, ictimai-siyasi xadimlər, din nümayəndələri iştirak edəcəklər. Toplantıda müasir dünyada gedən mürəkkəb proseslər fonunda sülhün və sabitliyin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Deputatlarımız mövzu ilə bağlı fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər. Səfər fevralın 6-da başa çatacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31