Dövlət Aqrar Universitetin tələbələri Macarıstana gediblər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi Macarıstanın Dunayvaroş Universiteti ilə bağlanmış Erasmus + müqaviləsi çərçivəsində təhsillərini 1 semestr müddətində Macarıstan Respublikasında davam etdirəcəklər.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi Macarıstanın Dunayvaroş Universiteti ilə bağlanmış Erasmus + müqaviləsi çərçivəsində təhsillərini 1 semestr müddətində Macarıstan Respublikasında davam etdirəcəklər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, aqrar iqtsadiyyat fakültəsinin əyani təhsil formasının "İqtisadiyyat" ixtisası üzrə ikinci kurs tələbələri Rüfət Ağayev, Elçin Heydərov və qiyabi təhsil formasının "İqtsadiyyat" ixtisası üzrə üçüncü kurs tələbəsi Leyla Aydınova 2017-ci il fevral ayının 6-dan Dunayvaroş Universitetində yaz semestri üzrə təhsillərini davam etdirməyə başlayacaqlar və dərslər iyun ayının 30-dək davam edəcək. Qeyd edək ki, ADAU-da magistratura pilləsində əyani təhsil formasının "Siğorta işinin təşkili" ixtisaslaşması üzrə təhsil alan birinci kurs tələbəsi Mehman Kərimov da hazırda təhsilini Dunayvaroş universitetində uğurla davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31