“Qadın geyim bəzəkləri” sərgisinin vaxtı uzadıldı

Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisi Azərbaycanın ənənəvi qadın geyim bəzəklərinə həsr olunub. Milli Azərbaycan Tarixi Muzeyindən “Olaylar” – a verilən məlumata görə   sərgidə 200-dən artıq eksponat - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər nümayiş olunur. Nümayiş olunan eksponatların bir qismi e.ə. XIII - b.e. VII əsrlərinə aiddir, əksər eksponatlar isə XVIII-XX əsrin əvvəllərinə məxsusdur.

Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında təşkil olunan "Qadın geyim bəzəkləri" sərgisi Azərbaycanın ənənəvi qadın geyim bəzəklərinə həsr olunub. Milli Azərbaycan Tarixi Muzeyindən "Olaylar" - a verilən məlumata görə   sərgidə 200-dən artıq eksponat - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər nümayiş olunur. Nümayiş olunan eksponatların bir qismi e.ə. XIII - b.e. VII əsrlərinə aiddir, əksər eksponatlar isə XVIII-XX əsrin əvvəllərinə məxsusdur.

Qeyd edək ki, eksponatların böyük bir qismi ilk dəfədi nümayiş olunur. Sərginin keçirilməsində məqsəd, əcdadlarımızın yaratdığı maddi dəyərləri düzgün tədqiq və təbliğ etmək, unudulmaq və yad əllərə düşmək təhlükəsindən onları xilas etmək üçün gənc nəslə, tədqiqatçılara sağlam şəkildə çatdırmaqdı.

Milli Azərbaycan Tarixi Muzeyi  ziyarətçilərin rəy və istəklərini nəzərə alaraq "Qadın geyim bəzəkləri" sərgisinin müddəti mart ayının 1-dək uzatdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31