Gündəm

İran hökuməti Trampın qərarına qarşı cavab tədbirləri hazırlayır

31 Yanvar 2017 16:38

ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanı fonunda İran ölkə xaricində olan vətəndaşlarının maraqlarını qorumaq üçün müvafiq tədbirlər görəcək.

Rusiyanın “əsas müxalifətçi”si tutuldu

31 Yanvar 2017 16:37

Bu gün məhkəmə icraçıları Aleksey Navalnını Korrupsiya ilə mübarizə fondunun ofisində saxlayıblar. Mənbəyə əsasən, Navalnı ofisdən iki icraçı tərəfindən əli qandallı çıxarılıb. Virtualaz.org xəbər verir ki. bu barədə “Dojd” telekanalı bildirib.

“İran işi”nə görə ReAl liderlərindən biri həbs oluna bilər

31 Yanvar 2017 16:34

“Respublikaçı Alternativ” (ReAl) hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı bu gün bir daha Baş Prokurorluğun Ağır cinayətlər üzrə İstintaq idarəsinə çağırılıb.

Aİ üçün tarixi sınaq: inteqrasiya ilə parçalanma arasında

31 Yanvar 2017 16:30

Dünyada geosiyasi vəziyyətin ağır olduğu məlumdur. Avropa İttifaqında (Aİ) isə konkret siyasi proseslər meydana çoxlu suallar çıxarır. Belə təəssürat yaranır ki, bu təşkilat daxilində bütövlükdə Qərb sivilizasiyasının taleyini dəyişə biləcək proseslər getməkdədir.

Ziya Məmmədovun sabiq müşavirinin əmlakını talamaqda ittiham edilən şəxs xəstələndi, məhkəmə təxirə salındı

31 Yanvar 2017 16:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

General Əhmədov qardaşını itirdi

31 Yanvar 2017 16:27

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədova ağır itki üz verib.

"Sələmçilər qızımı girov götürüb" - Ağcabədidə biabrçılıq

31 Yanvar 2017 16:25

Ağcabədi rayonundan müraciət daxil olub. Müraciəti ünvanlayan Səadət Məmmədova adlı qadın Ağabədi rayonunda sələmçilərin toruna düşdüyünü bildirir: "2013-cü ildə Ağcabədi rayonunun Avşar kəndində Sahibə Cəfərova adlı qadından qızıllarımı girov qoyaraq 6 min manat məbləğində sələm götürdüm. Həmin vaxt Sahibə Cəfərova Elyaz Qədimov adlı bir nəfərin pulunu sələm kimi müxtəlif insanlara verirdi. Mən aldığım sələmi hissə-hissə ödədim. Lakin sonradan sələm götürdüyüm şəxs mənə bildirdi ki, onlara heç nə ödəməmişəm. Mən hər dəfə pul ödəyəndə qəbzini özlərində saxlayırdılar. Yenə pul ödəməyə başladım, lakin hər dəfə pulun ödənişini bir gün, yaxud da bir neçə saat gecikdirdiyimi bildirirdilər. Buna görə də məbləğ bir neçə dəfə artmışdı. Elə oldu ki, mən ötən bir neçə ildə götürdüyüm 6 min manata görə 100 min manata yaxın pul ödədim".

Müsəlman ölkəsindən amerikalılara yasaq: "Olmaz!"

31 Yanvar 2017 16:22

İraq parlamenti ABŞ vətəndaşlarına ölkəyə girişi qəti qadağan edən qanun layihəsini qəbul edib. Yasaq 90 gün müddətinə qəbul olunub.

Rusiyada azərbaycanlı başından vuruldu

31 Yanvar 2017 16:20

Rusiyanın Surqut şəhərində Azərbaycan vətəndaşı öldürülüb. Hadisə saat təxminən 14:00-da Andreyevski küçəsində yerləşən "Rus" kafesində baş verib.

Həbs edilən generalın cibindən ŞÜBHƏLİ MƏKTUB çıxdı: "302 nömrəli otağın..."

31 Yanvar 2017 16:18

Türkiyənin Elazığı bölgəsində FETÖ/PDY istintaqı çərçivəsində biri general olmaqla 61 hərbiçinin şübhəli olaraq iştirak etdiyi proses yekunlaşıb.

Azərbaycanlı Rusiyada intim xidmət təşkil etdi - VİDEO

31 Yanvar 2017 16:17

Kororlevda (Moskva ətrafında) saunada inzibatçı işləyən azərbaycanlı bir neçə müddətdir ki, müştəriləri üçün bir neçə saatlıq intim xidmət göstərən "ikinci yarısını" tapımağa yardım edirdi, bəzən bu yarların sayı birdən çox olurdu.  

Xeyli sayda siqaret aşkar edilib

31 Yanvar 2017 16:14

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Actros” markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.

Kredit borcu olan qadın bankın şüşələrini sındırdı

31 Yanvar 2017 16:13

Bakıda 46 yaşlı qadın banka hücum edib, filialın şüşələrini sındırıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialından polisə “həyəcan” siqnalı daxil olub.

Bakıda 1 otaqlı ev yanıb

31 Yanvar 2017 16:11

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m² olan birmərtəbəli, 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. “Olaylar” FHN-in saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ölkəyə psixotrap maddələrin gətirilməsinin qarşısı alınıb

31 Yanvar 2017 16:10

Astara Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin yük şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Türkiyə Respublikası vətəndaşının idarə etdiyi yük avtomobili kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarətindən keçirilib.