Gündəm
"Reina" terroruyla bağlı VACİB ƏMƏLİYYAT
"Reina" terroruyla əlaqəsi olduğu iddia edilən daha 14 şəxs həbs edilib. 39 şəxsin Yeni il gecəsi qətlində əlləri olduqları deyilən 14 şübhəli İstanbul Ədalət Məhkəməsinin binasına gətirilərək, "Terror təşkilatına üzv olmaq", "Konstitusiya qanunlarına zidd çıxmaq" və "Mütəşəkkil şəkildə qəsdən adam öldürmə cinayətinə kömək" ittihamları ilə barələrində iddia qaldırılıb. Bu barədə Milli.Az hurriyet-ə istinadən xəbər verir.
Vüqar Rəhimzadə: "Prezidentin fəaliyyəti məmurlar üçün nümunədir"
"Azərbaycan prezidentinin fəaliyyəti, iş prinsipi hər bir məmur üçün bir nümunədir. Bu baxımdan da Ölkə başçısının da söylədiyi kimi bütün məmurların, vəzifə sahiblərinin, hakimiyyəti təmsil edən insanların əsas vəzifəsi xalqın qulluğunda durmaq, onların yaxşı yaşaması üçün öz töhfələrini uğurla yerinə yetirməkdən ibarətdir”. Bunu YAP siyasi şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
“Prezident bir daha vurğuladı ki, məmur xalqın xidmətçisidir”
“Prezident İlham Əliyevin Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söylədiyi fikirlər, yekun nitqi bir daha onu göstərdi ki, Azərbaycan bir sabitlik adasıdır”. Bunu millət vəkili Musa Quliyev deyib. O bildirib ki, dünyada gedən mənfi proseslərin təsirlərinə baxmayaraq, Azərbaycanda inkişaf var: “Bu inkişafın artıq yeni meyilləri ortaya çıxmaqdadır. Sosial müdafiə təmin olunur, əhalinin güzəranı daim dövlətin diqqət mərkəzindədir. Əhali ilə dövlət başçısı arasında sıx birlik var”.
Azərbaycanda 3 nəfər quduzluqdan ölüb
Ötən il Azərbaycanda 17 minə yaxın insanı heyvan dişləyib. Bunu Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılovadeyib. O qeyd edib ki, 2015-ci ildə də heyvan dişləmələri ilə bağlı rəqəm eyni olub.
Təcili tibbi yardım avtomobili qəzaya uğradı: yaralılar var - VİDEO
Rusiyanın Rıbinsk şəhərində "Mazda" markalı avtomobil işıqforun yaşıl işığında hərəkət zamanı təcili tibbi yardım avtomobilinə çırpılıb.
Azərbaycan və Qətər arasında protokol imzalanıb
Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan hökuməti ilə Qətər Dövləti hökuməti arasında birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 1-ci iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasdan əvvəl komissiyanın həmsədrləri - Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin təkbətək görüşü olub. Sonra Kəmaləddin Heydərov və Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin həmsədrliyi ilə birgə hökumətlərarası komissiyanın iclası başlayıb.
Fevralın 1-də Milli Məclisin yaz sessiyası başlayır
Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Bu barədə MM-dən “Olaylar2a verilən məlumata görə, artıq iclasın gündəliyi təsdiq edilib. İclasın gündəliyinə 27 məsələ daxildir.
“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək
2017-ci il 22-27 aprel tarixlərində Azərbaycan Respublikasının Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi və Lənkəran rayonu İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək. Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:
Ata 13 yaşlı qızını qətlə yetirib
Quba rayonunda qətl hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb. Belə ki, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir. İlkin araşdırma zamanı atanın ruhi xəstə olduğu aşkar edilib.
430 kq mənşəyi məlum olmayan ət aşkar edilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan reydləri davam etdirir.
Azərbaycan söz və məlumat azadlığının qorunduğu ölkələrdəndir
Tam əminliklə demək mümkündür ki, bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədə təmin olunub. Bunu isə şərtləndirən ən vacib məqam qeyd edilən sahəyə diqqət və qayğının göstərilməsidir. Bu baxımdan Azərbaycanda söz və mətbuat azadlığının təmin olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub desək yanılmarıq.
“Azərbaycanda daha bir bankın rəhbərliyində dəyişiklik gözlənilir”
“Bank BTB” ASC-nin İdarə Heyətinin (İH) sədri Samir Qocayev işdən çıxıb. Məlumata görə, onun yerinə təyinat olsa da, yeni sədrin adı Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırıldıqdan sonra açıqlanacaq. Hazırda “Bank BTB”-yə müvəqqəti olaraq İH-nin sədr müavini Rüfət Abbasov rəhbərlik edir.
Türkiyədə dollar bahalaşıb
Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün, yanvarın 31-də nağd valyuta bazarında 3,78 lirə səviyyəsindədir.
Eldar Mahmudova görə Bakıda yenə bina yandıBu gün səhər saatlarında Xətai rayonu, İlq
Bu gün səhər saatlarında Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 2942 A ünvanındakı yaşayış binasında yanğın baş verib. Binanın 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları yanıb. Sakinlər yanğınsöndürənlər tərəfindən təxliyə olunsalar da, tüstüdən zəhərlənənlər var.














