Azərbaycan və Qətər arasında protokol imzalanıb
Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan hökuməti ilə Qətər Dövləti hökuməti arasında birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 1-ci iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasdan əvvəl komissiyanın həmsədrləri - Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin təkbətək görüşü olub. Sonra Kəmaləddin Heydərov və Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin həmsədrliyi ilə birgə hökumətlərarası komissiyanın iclası başlayıb.
31 Yanvar 2017 16:52 SosialFövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan hökuməti ilə Qətər Dövləti hökuməti arasında birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 1-ci iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasdan əvvəl komissiyanın həmsədrləri - Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin təkbətək görüşü olub. Sonra Kəmaləddin Heydərov və Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin həmsədrliyi ilə birgə hökumətlərarası komissiyanın iclası başlayıb. K. Heydərov bildirib ki, Azərbaycan hökuməti ilə Qətər Dövləti hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hazırladığı sənədlər əsasında əməli işlər görüləcək: "Ümid edirəm ki, həm Qətər, həm də Azərbaycan iş adamlarının iqtisadiyyat sahəsində quracaqları müştərək şirkətlərin fəaliyyətindən, yatırılacaq qarşılıqlı investisiyalardan həm Azərbaycan, həm də Qətər xeyir götürəcəklər. İmzalanacaq protokol çərçivəsində gələcəkdə müştərək fondun yaradılması birgə işimizə faydalı ola bilər". Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani səmimi qarşılanmaya görə K. Heydərova öz təşəkkürünü çatdırıb. O deyib ki, hökumətlərarası birgə komissiya gələcəkdə iki dövlət arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək: "Birgə komissiya 2016-cı ilin əvvəllərində əlahəzrət Qətər əmirinin Azərbaycana səfəri nəticəsində yaranıb. Biz ümidvarıq ki, iki ölkə arasında əməkdaşlıq bütün sahələri əhatə edəcək. İki qardaş ölkənin əlaqələrinin genişlənməsində bu komissiya öz müsbət rolunu oynayacaq. Biz ölkələrimiz arasında əlaqələri yaxşılaşdırmalıyıq. Qətərlə Azərbaycan arasında əlaqələr daha da inkişaf edəcək. İki ölkə arasında strateji əməkdaşlıq genişlənəcək və biz ölkələrimizin ehtiyaclarına uyğun tələbləri ödəyəcəyik". Sonra komissiyanın həmsədrləri - Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani tərəfindən müzakirələrin yekununa dair protokol imzalanıb.