Gündəm

Səməd Seyidov: "Cocuq Mərcanlıya qayıdış o deməkdir ki, bütün torpaqlarımızı qaytaracağıq"

31 Yanvar 2017 18:34

Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı o deməkdir ki, biz işğal altında olan bütün torpaqlarımızı qaytaracağıq.

Paytaxt küçələrində sıxlıq müşahidə edilir

31 Yanvar 2017 18:22

Hazırda paytaxtın Ziya Bünyadov, Azadlıq, Neftçilər və Tbilisi prospektlərində, eləcə də A.Bakıxanov və S.Vurğun küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Agentlik sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir. Qeyd edək ki, hazırda Bakı Nəqliyyat Agentliyi müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib. 

Komitə sədri vətəndaşları qəbul edib

31 Yanvar 2017 18:20

Prezident İlham Əliyevin tapşırıq  və tövsiyələrinə əsasən regionlarda vətəndaşların qəbulu davam etdirilir. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşları qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə,  qəbulda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinləri, eləcə də burada məskunlaşan Qubadlı və Zəngilan rayonlarından olan məcburi köçkünlər iştirak ediblər. Qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər düzüb, xatirəsini anıblar.

Ruhani Rusiyaya gedəcək

31 Yanvar 2017 18:19

"İran prezidenti Həsən Ruhani martın sonlarında Rusiyaya səfər edəcək". Bunu diplomatik mənbə bildirib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiq edib. Onun sözlərinə görə, V.Putin və H.Ruhani arasında görüş üçün hazırlıqlar aparılır. Trend.az

"Azərpoçt" Cocuq Mərcanlıda poçt şöbəsi açacaq

31 Yanvar 2017 18:17

"Azərpoçt" MMC poçt rabitə operatoru Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində poçt şöbəsi açacaq. Bu barədə poçt bazarındakı mənbə məlumat verib.

Fransa polisi ölkə parlamentində axtarış aparır

31 Yanvar 2017 18:12

Fransa polisi dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı cinayət işinin istintaqı çərçivəsində ölkə parlamentində axtarış aparır. Müstəntiqlər  prezidentliyə namizəd Fransua Fiyonun həyat yoldaşının adının hallandığı cinayət işinə ("Penelopa Fiyonun işi") aid sənədləri axtarır.  

Bahar Muradova: "Bütün köçkünlərin Cocuq Mərcanlı əhalisi kimi qayıdışı təmin ediləcək"

31 Yanvar 2017 18:10

Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı hər şeydən əvvəl Azərbaycan vətəndaşının öz doğma yurduna qayıtmasına şərait yaradacaq.

“Azəravtoyol” –da hesabat yığıncağı keçirilib

31 Yanvar 2017 18:08

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti üzrə ərazi ilk partiya təşkilatının növbəti hesabat yığıncağı keçirilib. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, hesabat yığıncağını giriş nitqi ilə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov açıb.

Ekologiya İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında Əməkdaşlıq Sazişi imzalanıb

31 Yanvar 2017 18:07

Ekoloji maarifləndirmə və təbliğat işlərində auditoriyanın genişləndirilməsi, keçirilən tədbirlərin daha sistemli, effektiv və davamlı təşkili zərurəti nəzərə alınaraq, SOCAR-ın Ekologiya İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında ekoloji maarifləndirmə sahəsində Əməkdaşlıq Sazişi imzalanıb.

"Trampın bu siyasəti Putinin ürəyincədir"

31 Yanvar 2017 17:56

Amerikanın siyasi tarixində andiçmədən 10 gün sonra daxili və xarici siyasətdə ölkəsinə müxtəlif istiqamətlərdə bu qədər problem yaradan ikinci prezident xatırlamıram. Dövlət Departamentinin bir qrup diplomatı prezident Donald Trampın müsəlman ölkələrinin bir qisminə viza verilməməsi qərarına etiraz edib. Böyük ehtimalla bu etiraza imza atan diplomatları işdən çıxaracaqlar, necə ki, baş prokurora qapını göstərdilər. Diplomatlar etirazlarında yazıblar ki, Trampın son qərarı Amerikanın dünyadakı dostlarının sayını və etibarını azaldacaq. Onlar tam haqlıdırlar.

“Prezident həmsədrlərə, beynəlxalq təşkilatlara qarşı çox güclü təzyiq rıçaqı hazırlayır”

31 Yanvar 2017 17:53

“Cocuq Mərcanlının bərpası Azərbaycan Prezidentinin torpaqları işğaldan azad etmək istiqamətində yeni taktikasıdır”.

Son 6 ildə ilk dəfə – Türkiyə və İsrail məsləhətləşmələr aparacaq

31 Yanvar 2017 17:49

Türkiyə və İsrail 6 ildən sonra ilk dəfə siyasi məsləhətləşmələr keçirəcək. Məsləhətləşmələr Ankarada keçiriləcək. Türkiyə nümayəndə heyətinə XİN məsləhətçisi Ümit Yalçın, İsrail tərəfinin nümayəndə heyətinə isə XİN-in baş katibi Yuval Rotem rəhbərlik edəcək.

“Nə ABŞ, nə də başqa dövlət Dağlıq Qarabağdakı de-fakto hakimiyyəti tanımır”

31 Yanvar 2017 17:47

"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə, güc tətbiq etməmək prinsipləri daxil olmaqla BMT Xartiyası, Helsinki Yekun Aktı əsasında davamlı həllinin əldə edilməsi üçün danışıqlar prosesini təşviq etməyə davam edəcək".

Qətər XİN başçısı: “Körfəz Əməkdaşlıq Şurası Azərbaycan üçün çox faydalıdır”

31 Yanvar 2017 17:43

“Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında görüş nəzərdə tutulub”. Bunu Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

ABŞ kürd müxalifətinə zirehli texnikalar göndərib

31 Yanvar 2017 17:41

Silahlı müxalifət qüvvələri alyansı - "Suriya demokratik qüvvələri" bəyan edib ki, Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra ABŞ-ın rəhbərliyi altında antiterror koalisiyası Suriyadakı müttəfiqlərinə dəstəyi artırıb və ilk dəfə olaraq onlara zirehli texnikalar tədarük edib.