“Azəravtoyol” –da hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti üzrə ərazi ilk partiya təşkilatının növbəti hesabat yığıncağı keçirilib. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, hesabat yığıncağını giriş nitqi ilə “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov açıb.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti üzrə ərazi ilk partiya təşkilatının növbəti hesabat yığıncağı keçirilib. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, hesabat yığıncağını giriş nitqi ilə "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov açıb. Cəmiyyətin sədri Saleh Məmmədov çıxışında Yeni Azərbaycan Partiyasının çox çətin bir şəraitdə yaradıldığını qeyd edib. O, əlavə edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını hazırda uğurla davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələri ilə yanaşı, yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatı "Azəravtoyol" ASC üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev hesabat dövrü ərzində təşkilat tərəfindən həyata keçirilən işlər barədə yığıncaq iştirakçilarına geniş məlumat verib. Hesabat yığıncağı təşkilatın Gənclər Birliyinin sədri Elnarə Rəşidovanın çıxışı ilə davam edib. Elnarə xanım Yeni Azərbaycan Partiyasının ölkəmizdə gənclərin inkişafı üçün bütün imkanlar yaratdığını bildirərək, bu gün partiyanın sıralarında 250 mindən çox gəncin olduğunu qeyd edib. YAP Nəsimi rayon təşkilatı "Azəravtoyol" ASC üzrə ərazi ilk partiya təşkilatının hesabat yığıncağında təşkilatın fəaliyəti iştirakçılar tərəfindən müsbət qiymətləndirilərək təşkilatın 11 nəfərdən ibarət idarə heyyəti seçilib. Daha sonra Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı da çıxış edərək "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti üzrə ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirərək təşkilat üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edib. Sonda səsvermə yolu ilə YAP Nəsimi rayon təşkilatı "Azəravtoyol" ASC üzrə ərazi ilk partiya təşkilatının sədri və sədr müavinləri seçilib. Təşkilatın sədri vəzifəsinə yekdil səslə "Azəravtoyol" ASC-nin sədr müavini Əvəz Qocayev, təşkilatın sədr müavinləri vəzivəsinə isə cəmiyyətin İşlər idarəsinin mütəxəssisi Rəşad Hacıyev və "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru Azər Nemətli seçiliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31