“Nə ABŞ, nə də başqa dövlət Dağlıq Qarabağdakı de-fakto hakimiyyəti tanımır”
"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə, güc tətbiq etməmək prinsipləri daxil olmaqla BMT Xartiyası, Helsinki Yekun Aktı əsasında davamlı həllinin əldə edilməsi üçün danışıqlar prosesini təşviq etməyə davam edəcək".
31 Yanvar 2017 17:47 Siyasət"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə, güc tətbiq etməmək prinsipləri daxil olmaqla BMT Xartiyası, Helsinki Yekun Aktı əsasında davamlı həllinin əldə edilməsi üçün danışıqlar prosesini təşviq etməyə davam edəcək". Bunu Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland news.am-a bildirib. O qeyd edib ki, nə ABŞ, nə də Ermənistan daxil olmaqla hər hansı dövlət Dağlıq Qarabağdakı de-fakto hakimiyyəti tanımır.
Hoqland əlavə edib ki, həmsədrlər prezidentlər və XİN rəhbərlərini yaranan ilk imkanda əsas məsələlər üzrə danışıqları davam etdirməyə, Vyana və Sankt-Peterburq görüşündə əldə edilmiş qərarları, etimad quruculuğu tədbirləri yerinə yetirmək üçün təşviq edəcək. Azadinform