ABŞ kürd müxalifətinə zirehli texnikalar göndərib

Silahlı müxalifət qüvvələri alyansı - "Suriya demokratik qüvvələri" bəyan edib ki, Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra ABŞ-ın rəhbərliyi altında antiterror koalisiyası Suriyadakı müttəfiqlərinə dəstəyi artırıb və ilk dəfə olaraq onlara zirehli texnikalar tədarük edib.

Silahlı müxalifət qüvvələri alyansı - "Suriya demokratik qüvvələri" bəyan edib ki, Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra ABŞ-ın rəhbərliyi altında antiterror koalisiyası Suriyadakı müttəfiqlərinə dəstəyi artırıb və ilk dəfə olaraq onlara zirehli texnikalar tədarük edib. Müxalifət nümayəndəsi Təlal Selo "Reuters" agentliyinə bildirib ki, zirehli texnika və zirehli nəqliyyatlar 4-5 gün əvvəl çatdırılıb. Onun sözlərinə görə, texnikanın sayı az olsa da, bu, yeni dəstəyi göstərir: "Biz bundan əvvəl belə dəstək almamışıq. Buna qədər, əsasən, yüngül silahlar və döyüş sursatları göndəriblər".

Qeyd edək ki, alyans, əsasən, kürd bölmələrindən ibarətdir. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31