Fevralın 1-də Milli Məclisin yaz sessiyası başlayır

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Bu barədə MM-dən “Olaylar2a verilən məlumata görə, artıq iclasın gündəliyi təsdiq edilib. İclasın gündəliyinə 27 məsələ daxildir.

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Bu barədə MM-dən "Olaylar2a verilən məlumata görə, artıq iclasın gündəliyi təsdiq edilib. İclasın gündəliyinə 27 məsələ daxildir. Bunlar Milli Məclisin İntizam Komissiyasının, Hesablayıcı Komissiyasının yenidən təşkil edilməsi, Milli Məclisin 2017-ci il üçün yaz sessiyasının qanunverici İşlər Planının təsdiq edilməsi, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, "İnformasiya əldə etmək haqqında", "Müflisləşmə və iflas haqqında", "Mühasibat uçotu haqqında", "Qrant haqqında", "Sosial sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Aviasiya haqqında", "Gömrük tarifi haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlarına dəyişiklik layihələridir.
Qeyd edək ki, parlamentin yaz sessiyası mayın 31-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31