Türkiyənin 557 gündə məhv etdiyi PKK terrorçularının sayı açıqlanıb
Türkiyə ordusunun və hüquq-mühafizə orqanlarının 557 gündə keçirdikləri anti-terror əməliyyatları nəticəsində 10 minə yaxın terrorçu məhv edilib.
31 Yanvar 2017 15:51 DünyaTürkiyə ordusunun və hüquq-mühafizə orqanlarının 557 gündə keçirdikləri anti-terror əməliyyatları nəticəsində 10 minə yaxın terrorçu məhv edilib. Terrorçu PKK-ya qarşı keçirilən həmin əməliyyatlar nəticəsində 6 mindən artıq silah, 15 mindən çox bomba müsadirə olunub.
Bundan başqa, 146 ton partlayıcı maddə aşkarlanaraq götürülüb.
Terrorçu qruplaşmanın Türkiyədə törətdiyi terror əməliyyatı nəticəsində 343 mülki şəxs və güc strukturlarının 823 əməkdaşı həlak olub. Bu barədə "Report" "Haber7"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31