"Brexit" mexanizmi martın 9-da işə salınacaq
Böyük Britaniyanın Baş naziri Tereza Mey Lissabon müqaviləsinin 50-ci maddəsini - ölkənin Avropa İttifaqından (Aİ) çıxışının ikiillik prosedurunu bu il martın 9-da başladacaq.
31 Yanvar 2017 15:49 DünyaBöyük Britaniyanın Baş naziri Tereza Mey Lissabon müqaviləsinin 50-ci maddəsini - ölkənin Avropa İttifaqından (Aİ) çıxışının ikiillik prosedurunu bu il martın 9-da başladacaq. Nəşr baş nazirin əvvəlcədən "Brexit"i başladacağı tarixi açıqlamadığını, yalnız mart ayının sonunu son tarix kimi göstərdiyini yazıb. Lakin Britaniya hökuməti dünən Lordlar Palatasına Birləşmiş Krallığın Aİ-dən çıxışı ilə bağlı qanun layihəsinin martın 7-də təsdiqlənməsini istədiyini məlumat verib.
"Times" yazıb ki, bundan sonra martın 8-də maliyyə naziri Filip Hammond büdcə məlumatı ilə çıxış edəcək, martın 9-da isə Maltada başlayacaq Aİ-nin ikigünlük sammitində T.Mey 50-ci maddənin işə salındığını elan etməyə fürsət qazanacaq. "Report" xəbər verir ki, bu barədə "Times" qəzeti yazıb.