Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçiriləcək

Fevralın 1-də Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçiriləcəkdir. İclasda aşağıdakı mövzuların müzakirə edilməsi nəzərdə tutulub: Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub.

Fevralın 1-də Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçiriləcəkdir. İclasda aşağıdakı mövzuların müzakirə edilməsi nəzərdə tutulub: Bu barədə məlumat "OLAYLAR"-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, iclasda Azərbaycan Gənclərinin VIII Forumunun keçirilməsi ilə bağlı təkliflərin irəli sürülməsi, "İslam Həmrəyliyi İli" çərçivəsində gənclər təşkilatlarının fəaliyyəti, "Azərbaycan gəncliyi 2015-2025-ci illərdə inkışaf Strategiyası"nın icrası ilə bağlı görülmüş işlər müzakirə ediləcək. İctimai Şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etməkdir. İndiyədək İcimai Şuranın iclaslarında Gənclərin Forumlarının keçirilməsi, 2 fevral - Azərbaycan gəncləri gününün qeyd olunması, Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin fəal iştirakı, qanunların və dövlət proqramlarının layihələri, gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi, qondarma "erməni soyqırımı"nın tarixi gerçəklikdən uzaq olması, 2007-ci ilin gənclər ili elan olunması ilə əlaqədar görüləcək işlər və s. məsələlər müzakirə olunmuş, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilib. İclasın sonunda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə ictimai fəal gənclərin və gənclər təşkilatlarının mükafatlandırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31