“Gənc Əkinçi” akademiyası II başa çatıb

Azərbaycan milli mətbuatının parlaq səhifəsi olan “Əkinçi” qəzetinin vacib irsini gənclər arasında təbliğ etmək məqsədi daşıyan “Gənc Əkinçi” akademiyası sayca II dəfə baş tutub. “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı əsasında keçirilən layihədə qış məktəbi çərçivəsində gənc jurnalistlər Qubada bir sıra təlimlər keçiblər.

Azərbaycan milli mətbuatının parlaq səhifəsi olan "Əkinçi" qəzetinin vacib irsini gənclər arasında təbliğ etmək məqsədi daşıyan "Gənc Əkinçi" akademiyası sayca II dəfə baş tutub. "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı əsasında keçirilən layihədə qış məktəbi çərçivəsində gənc jurnalistlər Qubada bir sıra təlimlər keçiblər. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, "Gənc Əkinçi" gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq. Əsas hədəflərindən biri də Milli mətbuatımızın ilk nümunəsi olan tarixi "Əkinçi" qəzetinin yaşadılması və gənclər arasında təbliğidir. Gənc Əkinçi Akademiyası çərçivəsində Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Bakı Dövlət Universitetinin dekanı, İctimai Televiziya və Radio yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Mirzəyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Modern.az saytının baş redaktoru, Azərbaycan Parlament Jurnalistləri Birliyinin rəhbəri Elşad Eyvazlı, Milli Məclisin baş məsləhətçisi Daşqın Rəcəbli çıxış edib, təlimlər keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31