Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Şəhərsalma və Su Şöbəsinin direktoru Yonq Yeninbaşçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
31 Yanvar 2017 15:36 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Şəhərsalma və Su Şöbəsinin direktoru Yonq Yeninbaşçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, cəmiyyətin sədr müavini Etibar Məmmədov Asiya İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. E. Məmmədov "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, Göyçay və Beyləqan şəhərlərində şəbəkələrinin tamamilə yenidən qurulması nəticəsində əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşıb. Digər şəhərlərdə isə tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir.
Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Şəhərsalma və Su Şöbəsinin direktoru Yonq Yenin "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı"nın icrasından razılığını bildirmiş və əlavə etmişdir ki, təmsil etdiyi bank bundan sonra da Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlıdır. Görüşdə "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı"nın icrası və növbəti mərhələlərdə maliyyələşdiriləcək layihələr haqqında ətraflı müzakirələr aparılıb.