Gündəm
"Cəsur və gözəl"in çəkiliş məkanında Tuba Büyüküstün qalmaqalı
"Cəsur və gözəl" serialının baş rol ifaçısı Tuba Büyüküstün pərəstişkarları ilə foto çəkdirməkdən imtina edib. Serialın Bayramoğlu səmtindəki çəkilişləri zamanı tərəf müqabili Kıvanç Tatlıtuğ pərəstişkarları ilə foto çəkdirsə də, o, sevənlərinin istəyini rədd edib.
Madonnanın afrikalı qızları
Madonna instagram səhifəsindən paylaşdığı şəkil ilə hər kəsin diqqətini özünə cəlb etməyi bacarıb. “Olaylar” “Sadecehaber” - ə istinadən bildirir ki, məşhur müğənni sosial şəbəkədən “ Resmi olaraq Malavidən 4 yaşlı ekiz bacıları övladlığa götürdüm. Artıq Afrikalı Esther ve Stella Mwale adlı əkizlərinin anasıyam, onlar ailəmizin bir parçası olduğu üçün çox xoşbəxtəm. Malavidə bu işlərdə mənə köməklik edən hər kəsə minətdaram. Mediadan bu müddət ərzində şəxsi həyatımıza hörmət etmələrini istəyirəm. Dostlarıma, ailəmə və komandama dəstəklərinə və sevgilərinə görə sonsuz ttəşəkkür edirəm”.- sözlərini yazıb.
Türkiyə gözəli məşhur iş adamı ilə evlənir
2003-cü ildə "Miss Model of Turkey" gözəllik müsabiqəsinin qalibi seçilən Qamze Kahraman iş adamı Nedim Keçeli ilə evlənməyə hazırlaşır.
“Dərs” filminin məktəblilər üçün nümayişi edildi
Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi gənc tamaşaçılarda milli filmlərə marağın artırılması məqsədilə təşkil olunan “Milli kino – sərvətimizdir” layihəsi çərçivəsində nümayiş etdirildi. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə 400-ə yaxın məktəbliyə bir neçə film nümayiş etdirilib.
Azər Zeynalov Minskdə
Son illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet teatrı arasında çox sıx yaradıcılıq əlaqələri formalaşıb. Bu əlaqələr çərçivəsində belaruslu vokal və balet sənəti ulduzları tez-tez Azərbaycanda qonaq olur və müxtəlif klassik opera və balet tamaşalarında böyük ustalıqla çıxış edirlər. Eyni zamanda Azərbaycan opera və balet sənətçiləri də Belarusa qastrol səfərlərinə, müxtəlif festival və s. mədəni tədbirlərə dəvət olunurlar.
Filmimiz Hindistanın iki şəhərində
“İçəri Şəhər” bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalında nümayişi etdirilib. Kinostudiyadan “Olaylar” – a verilən xəbərə görə, film 2-9 fevral tarixlərində keçirilən festivalın “Dünya kinosu” proqramında iştirak edib. Filmin nümayişləri Benqaluru və Maysur şəhərlərində də keçirilib.
Xalça Muzeyində ustad dərsi
Fevralın 11-də Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə ustad dərsləri təşkil olunacaq.
Kıvanç Tatlıtuğla həyat yoldaşı arasındakı həqiqi yaş fərqi ortaya çıxdı!
Yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ və xanımı Başak Dizer arasında 5 il yaş fərqi olduğu ortaya çıxıb.
Uşaq Stomatoloji Mərkəzində Beynəlxalq Stomatoloq Günü
10 fevral tarixində Respublika Uşaq Stomatoloji Mərkəzində Beynəlxalq Stomatoloq Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə vurğulandı ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi dövründə Səhiyyə Nazirliyinin birbaşa təşəbbüsü ilə Bakıda və bölgələrdə yeni tibb müəssiələri fəaliyyətə başlamış, respublikada fəaliyyət göstərən bir çox səhiyyə müəssiəsi tam təmir olunmuş və müasir avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir. Bu səhiyyə müəssiələrindən biri də Respublika Uşaq Stomatoloji Mərkəzidi.
ADU-nun Konfutsi İnstitutunda görüş
Fevralın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Shantszya” Çin konsaltinq şirkətinin nümayəndəsi Vang Jian Xing ilə təhsil sahəsində görüş keçirilib.
Kosmosda robot texnikasının yeni idarəetmə texnologiyası yaradılıb
Rusiyanın Uzaq Şərq Federal Universitetində kosmosda mobil robot texnikasının mini-proqramlar vasitəsilə yeni idarəetmə texnologiyası yaradılıb.
Vaqif Bayramov Prezidentin fəxri diplomu ilə təltif edilib
Prezident İlham Əliyev Vaqif Bayramovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilib
Prezident İlham Əliyev Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Respublikanın çaylarında mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-190, Kiçik Qafqazın çaylarında 220-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-250 faizini təşkil edir.
Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi üçün maliyyə vəsaiti ayrıldı
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.













