Respublikanın çaylarında mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-190, Kiçik Qafqazın çaylarında 220-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-250 faizini təşkil edir.
10 Fevral 2017 18:40 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "Olaylar" - a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-190, Kiçik Qafqazın çaylarında 220-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 150-250 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 100 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 62 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 115 faizinə bərabər olub.
Qeyd edək ki, Kür çayının aşağı axınında hazırki vəziyyət Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Araz çayının Novruzlu məntəqəsində 10, Şirvanda 4, Bankədə 6 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.