Uşaq Stomatoloji Mərkəzində Beynəlxalq Stomatoloq Günü
10 fevral tarixində Respublika Uşaq Stomatoloji Mərkəzində Beynəlxalq Stomatoloq Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə vurğulandı ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi dövründə Səhiyyə Nazirliyinin birbaşa təşəbbüsü ilə Bakıda və bölgələrdə yeni tibb müəssiələri fəaliyyətə başlamış, respublikada fəaliyyət göstərən bir çox səhiyyə müəssiəsi tam təmir olunmuş və müasir avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir. Bu səhiyyə müəssiələrindən biri də Respublika Uşaq Stomatoloji Mərkəzidi.
10 Fevral 2017 19:00 Sosial10 fevral tarixində Respublika Uşaq Stomatoloji Mərkəzində Beynəlxalq Stomatoloq Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə vurğulandı ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi dövründə Səhiyyə Nazirliyinin birbaşa təşəbbüsü ilə Bakıda və bölgələrdə yeni tibb müəssiələri fəaliyyətə başlamış, respublikada fəaliyyət göstərən bir çox səhiyyə müəssiəsi tam təmir olunmuş və müasir avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir. Bu səhiyyə müəssiələrindən biri də Respublika Uşaq Stomatoloji Mərkəzidi.
Respublika Uşaq Stomatoloji Mərkəzinin əsas məqsədi respublikanın uşaq əhalisinə yüksək səviyyədə stomatoloji xidmət, eyni zamanda Səhiyyə Nazirliyinin tabeliyində olan uşaq stomatoloji poliklinikalarına metodik köməklik göstərməkdi.
Respublika Uşaq Stomatoloji Mərkəzi 17 yaşadək uşaqların dişlərinin müalicəsi, diş əyriliklərinin vaxtından əvvəl müəyyən edilərək cərrahi müdaxilə olmadan aşkarlanması, fizioterapiya, otolorinqoloq və keyfiyyətli rentgen xidmətlərini həyata keçirir.