Gündəm

Mstislav Rostropoviçin 90 illik yubileyi keçiriləcək

10 Fevral 2017 18:36

Prezident İlham Əliyev Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2017-ci ildə dünya şöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ xalq artisti, Dövlət və Lenin mükafatları laureatı Mstislav Leopoldoviç Rostropoviçin anadan olmasının 90 illiyi tamam olur.

İlham Əliyev İran Prezidentini təbrik edib

10 Fevral 2017 18:30

Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İsrailin səfiri ADU-da olub

10 Fevral 2017 18:27

Fevralın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.

Facebook-da yazdığı status 17 yaşlı qızın qətlinin üstün açdı - VİDEO - FOTO

10 Fevral 2017 18:23

İstanbulun Bağcılar istiqamətində çalışan 17 yaşlı Cansu Çart adlı qız ayrıldığı sevgilisi tərəfindən küçənin ortasında tüfənglə vurulub. Vurulma anı təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb. 

Burcu Esmersoydan evlilik açıqlaması

10 Fevral 2017 18:12

Sevgilisi Tuna Aksudan ayrılması və Arda Turanla küsülü olması xəbərləri ilə gündəmdən düşməyən Burcu Esmersoy evliliklə bağlı açıqlama verib.

Oleq Kuznetsova “Professor Rövşən Mustafayev” medal təqdim edildi

10 Fevral 2017 18:00

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsova “Professor Rövşən Mustafayev” adına medalın və sertifikatın təqdimetmə mərasimi keçirildi.

Lapşin İsrail səfirliyinin əməkdaşları ilə görüşdü

10 Fevral 2017 17:54

Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin fevralın 10-da vətəndaşlığını daşıdığı İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşüb.

İrəvanda etiraz aksiyası

10 Fevral 2017 17:53

Dünən Ermənistan polisinin altıncı bölməsi tərəfindən ötən ilin iyulunda İrəvanda post-patrul alayını ələ keçirmiş "Sasna Tsrer" silahlı qrupunun üzvlərinə çörək aparan Artur Sarkisyan kobud qanun pozuntuları ilə həbs edilib.

"Nardaran işi" ilə bağlı növbəti məhkəmə prosesi keçirilib

10 Fevral 2017 17:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilən "Müsəlman birliyi" adlı təşkilatın sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Kukla səhnəsində “Turp”

10 Fevral 2017 17:45

Daim repertuarında yeniliklər edən  Azərbaycan Dövlət Kukla Teatrının 2017-ci il üçün nəzərdə tutduğu yaradıcılıq planı  zəngindi. Əsasən milli və dünya klassik nağıl nümunələrinə yer ayıran teatrda bu dəfə də fərqli və dinamik səhnə yozumlu tamaşa görəcəyik.

Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirir

10 Fevral 2017 17:43

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə regional miqrasiya idarələrinin xidməti ərazilərinə aid olan şəhər və rayonlarda maarifləndirilmə-məlumatlandırma tədbirləri və görüşlər təşkil edilir.

Binəqədidə “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

10 Fevral 2017 17:41

Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu 115 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov multikulturalizm və tolerantlığın Azərbaycanda həyat tərzi olmasından bəhs edib. Son dövlər bu istiqamətdə görülən tədbirlər haqqında qısaca məlumat verib. Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının regional və beynəlxalq müstəvidə sabitliyin qorunmasındakı əhəmiyyətindən danışıb.

Parlamentin yaz sessiyasının qanunvericilik işləri planına çox mühüm qanun layihələri daxil edilib

10 Fevral 2017 17:40

«Milli Məclisin yaz sessiyası kifayət qədər məhsuldar olacaq. Sessiyanın iş planına daxil olan məsələlər bunu deməyə tam əsas verir». “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı səsləndiriib.

Əmək Nazirliyində görüş olub

10 Fevral 2017 17:38

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının direktoru Yevgeni Ametov və direktor müavini Yelena Seleverstova ilə görüş olub.

"Qarabağın müharibə yolu ilə həlli yoxdur" - Rusiya səfiri

10 Fevral 2017 17:36

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq üçün addımlar atmağa davam edəcək. Bunu "TASS"-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib.