Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirir
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə regional miqrasiya idarələrinin xidməti ərazilərinə aid olan şəhər və rayonlarda maarifləndirilmə-məlumatlandırma tədbirləri və görüşlər təşkil edilir.
10 Fevral 2017 17:43 SosialDövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə regional miqrasiya idarələrinin xidməti ərazilərinə aid olan şəhər və rayonlarda maarifləndirilmə-məlumatlandırma tədbirləri və görüşlər təşkil edilir. "OLAYLAR"-ın xəbərinə görə, tədbirlərdə Xidmətin regional miqrasiya idarələrinin, rayonların icra hakimiyyətlərinin və yerli özünüidarəetmə, hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, təhsil və səhiyyə işçiləri, o cümlədən bir sıra müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edirlər. Tədbirlərdə bildirilib ki, hüquq-mühafizə orqanı statusu daşıyan Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı da ciddi mübarizə tədbirlərini müvəffəqiyyətlə həyata keçirir.