Burcu Esmersoydan evlilik açıqlaması

Sevgilisi Tuna Aksudan ayrılması və Arda Turanla küsülü olması xəbərləri ilə gündəmdən düşməyən Burcu Esmersoy evliliklə bağlı açıqlama verib.

Sevgilisi Tuna Aksudan ayrılması və Arda Turanla küsülü olması xəbərləri ilə gündəmdən düşməyən Burcu Esmersoy evliliklə bağlı açıqlama verib. Aparıcı dünən qatıldığı mərasimlərin birində belə deyib:

"Evlilik çətin məsələdir. Mən bacarmadım. Ailə qurmağı düşünmürəm. Bu fikrim daha öncəki təcrübələrimdən qaynaqlanır".

Jurnalistlərin "Uşaq istəyirsinizmi" sualına o, belə cavab verib:

"Bu saatdan sonra yox. Uşaq da istəmirəm".

Sevgiyə dəyər verdiyini söyləyən Esmersoy "Sevmədən, məntiqlə ailə qurmaq istəsəydim, bunu çoxdan edərdim", - deyə bildirib. Bu barədə Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31