Əmək Nazirliyində görüş olub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının direktoru Yevgeni Ametov və direktor müavini Yelena Seleverstova ilə görüş olub.
10 Fevral 2017 17:38 SosialAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının direktoru Yevgeni Ametov və direktor müavini Yelena Seleverstova ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda iqtisadi inkişaf proseslərinin ilk növbədə sosial ədalət prinsipinin təminatına xidmət edən güclü sosial siyasətlə tamamlandığını diqqətə çatdırıb. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin əhalinin sosial müdafiəsi istiqamətində də mühüm irəliləyişlərlə müşahidə olunduğunu vurğulayıb. S.Müslümov bildirib ki, son 12 ildə iqtisadiyyatın 3 dəfədən çox, o cümlədən qeyri-neft sənayesinin 2,6 dəfə artdığı ölkədə sosial təminat sisteminin də dəfələrlə gücləndirilməsi şəraitində bu sistemin mühüm komponenti olan pensiyalarda da 10,5 dəfə artım qeydə alınıb: "Dünya Bankının ekpertlər qrupunun qiymətləndirmələri nəticəsində Azərbaycanda sosial müdafiə sisteminin yaxşı struktura və yeni çağırışlara cavab vermək potensialına malik olduğu vurğulanaraq, ölkədə pensiya təminatı yoxsulluğun azaldılmasında ən səmərəli vasitə kimi dəyrələndirilib".
Y.Ametov və Y.Seleverstova Azərbaycanda sosial müdafiə sisteminin dünyanın qabaqcıl təcrübəsi səasında inkişaf etdirilməsi üçün aparılan islahatları maraqla izlədiklərini və əldə olunan müsbət nəticələri məmnunluqla qarşıladıqlarını bildiriblər. Onlar ölkəmizin Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə ötən dövrdə həyata keçirdiyi əməkdaşlığın təqdirəlayiq səviyyədə olduğunu vurğulayıblar.
Görüşdə əməkdaşlığın mövcüd vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.