Parlamentin yaz sessiyasının qanunvericilik işləri planına çox mühüm qanun layihələri daxil edilib

«Milli Məclisin yaz sessiyası kifayət qədər məhsuldar olacaq. Sessiyanın iş planına daxil olan məsələlər bunu deməyə tam əsas verir». “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı səsləndiriib.

"Milli Məclisin yaz sessiyası kifayət qədər məhsuldar olacaq. Sessiyanın iş planına daxil olan məsələlər bunu deməyə tam əsas verir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı səsləndiriib. O, bildirib ki, parlament hər zaman ölkəmizin inkişafına xidmət edən qanunvericilik aktlarını müzakirəyə çıxararaq qəbul edir: "Parlamentin yaz sessiyasının qanunvericilik işləri planına da çox mühüm qanun layihələri daxil edilib. Onların sırasında "Psixoloji yardım haqqında", "Reproduktiv sağlamlığın qorunması" və digər qanun layihələri qeyd etmək olar. Göründüyü kimi, iş planında tibb, əhalinin sağlamlığı ilə əlaqədar qanun layihələri də var. Bu o deməkdir ki, Milli Məclis əhalinin sağlamlığının qorunmasının hüquqi bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Eləcə də, zərurət yarandıqca parlamentin Səhiyyə komitəsi bu sahədə yeni layihələr hazırlayaraq müzakirəyə təqdim edəcək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31