Oleq Kuznetsova “Professor Rövşən Mustafayev” medal təqdim edildi

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsova “Professor Rövşən Mustafayev” adına medalın və sertifikatın təqdimetmə mərasimi keçirildi.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsova "Professor Rövşən Mustafayev" adına medalın və sertifikatın təqdimetmə mərasimi keçirildi.

Fonddan "Olaylar" - a bildirilir ki, təqdimetmə mərasimində Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva, institutun əməkdaşları iştirak ediblər. A.Mustafayeva tanınmış politoloq Oleq Kuznetsovun Cənubi Qafqazda cərəyan edən proseslərlə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqeyi ilə seçildiyini söyləyərək bildirib ki, alimin əsərlərində, analitik yazılarında və müsahibələrində bu məsələyə geniş yer verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31