Kıvanç Tatlıtuğla həyat yoldaşı arasındakı həqiqi yaş fərqi ortaya çıxdı! 

Yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ və xanımı Başak Dizer arasında 5 il yaş fərqi olduğu ortaya çıxıb.

Yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ və xanımı Başak Dizer arasında 5 il yaş fərqi olduğu ortaya çıxıb. Məşhur cütlük evləndiyi gündən bəri pərəstişkarları yaraşıqlı aktyoru özünə yaraşan həyat yoldaşı seçməməkdə günahlandırır. Səbəbi isə Başak Dizerin Kıvançdan 3 yaş böyük olmasıdır. Buna görə də aktyorun xanımı özünü daha kiçik göstərən geyimlər seçərək və makiyajdan minimum istifadə etməklə yaşından daha gənc görünməyə çalışır.

Lakin bu yaxınlarda məlum olub ki, cütlük arasında yaş fərqi 3 deyil, 5-dir. Belə ki, Başakın rəfiqəsi Buket Şener sosial şəbəkədə paylaşdığı uşaqlıq fotosuna iksinin də gerçək doğum tarixini qeyd edib.

Beləliklə məlum olub ki, Başak Dizer 1978-ci il, Kıvanç isə 1983-cü il təvəllüdülüdür. Bu barədə Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31