Gündəm
Sosial sığınacaqların sayı niyə azdır? - ARAŞDIRMA - VİDEO
Ölkədə aktual məsələlərdən biri də insan sığınacaqlarının fəaliyyəti ilə bağlıdır.
"Reina" terrorçusundan oğluna ŞOK VƏSİYYƏT: "Gələcəkdə..." - VİDEO
39 insanın qatili olan "Reina" terrorçusunun prokurorluğa ifadəsi nəticəsində qətliamdan öncə - 2016-cı ilin 27 dekabr tarixində videolu bir mesaj çəkdiyi məlum olub.
"The Greanville Post": "Aİ ilə saziş Bakıya Dağlıq Qarabağ münaqişəsində yardım edə bilər"
Azərbaycan Çinlə Avropa İttifaqını (Aİ) bir-birinə bağlayacaq yeni "İpək yolu"nun əsas hissəsi, eləcə də energetika məsələlərində Qərb üçün perspektivli tərəfdaşdır.
Metrodan istifadə edən sərnişinlərə xəbərdarlıq
Metronun “Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.
Niderland Krallığı ilə miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Geri Qaytarma Xidmətinin rəhbərliyi ilə görüşüb.
Fahriye və Murad Bakıya gələcək
"Sonsuz aşk" adlı türk filminin Bakıda da qala gecəsi keçiriləcək. Murad Yıldırım və Fahriye Evcenin iki sevgilini canlandırdığı ekran işi martda təqdim olunacaq. Nizami Kino Mərkəzinin mətbuat xidmətindən əməkdaşımıza verilən xəbərdə bildirilib ki, hazırda danışıqlar aparılır: "Qala gecənin dəqiq günü bəlli deyil. Hazırda danışıqlar aparılır. Bircə onu deyə bilərəm ki, qala martda baş tutacaq".
Prezident İlham Əliyev Ştaynmayeri təbrik etdi
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının yeni seçilmiş prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.
Azərbaycanlə gənclərə Çində a li təhsil almaq imkanı
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.
Azad Rəhimov vətəndaşları qəbul edib
Gənclər və idman naziri Azad Rəhimov Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayon sakinlərini qəbul edib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, 30-a yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminatla bağlı olub. Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.
Naməlum şəxslər krım-tatar batalyonunun bazasını ələ keçirdilər
Hərbi formada olan naməlum şəxslər Ukrayna batalyonunun Krımla sərhəddə, Çonqar kəndində yerləşən Noman Çelebidjixan adına bazasına hücüm edərək tutublar.
Son dəqiqə: ABŞ-ın ən böyük su bəndi DEŞİLDİ - 188 min insan...
ABŞ-ın Kaliforniya ştatında olan ölkənin ən yüksək Oroville gölününün sahilindəki eyni adlı su bəndində böyük sızıntı başlayıb.
Aşıq Şəmşirin anım günü keçirilib
Göygöl rayonunda Aşıq Şəmşirin abidəsinin önündə XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, klassik aşıq şeirinin ustadlarından olan Aşıq Şəmşirin vəfatının 37-ci ildönümünə həsr olunmuş anım günü keçirilib.
Azərbaycan birinciliyi keçiriləcək
Sərbəst və yunan-Roma güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, birinciliyin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.
Dağlıq və dağətəyi rayonlara qarın yağması avtomobil yollarında hərəkətə ciddi təsir etməyib
Ölkənin dağlıq və dağətəyi rayonlara qarın yağması avtomobil yollarında hərəkətə ciddi təsir etməyib. Problem yaşanan ərazilərə "Azəravtoyol" ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunaraq, yolların qardan və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülüb.
Kaliforniyada təhlükə: sakinlər təxliyə oluna bilər
Kaliforniya hakimiyyəti güclü yağışlar nəticəsində ABŞ-ın ən hündür bəndinin dağılması səbəbindən 188 min nəfərin təxliyə olunmasını tövsiyə edir. Bundan əvvəl 130 min nəfərin müvafiq tövsiyə aldığı deyilirdi.














