Dağlıq və dağətəyi rayonlara qarın yağması avtomobil yollarında hərəkətə ciddi təsir etməyib
Ölkənin dağlıq və dağətəyi rayonlara qarın yağması avtomobil yollarında hərəkətə ciddi təsir etməyib. Problem yaşanan ərazilərə "Azəravtoyol" ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunaraq, yolların qardan və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülüb.
13 Fevral 2017 12:59 SosialÖlkənin dağlıq və dağətəyi rayonlara qarın yağması avtomobil yollarında hərəkətə ciddi təsir etməyib. Problem yaşanan ərazilərə "Azəravtoyol" ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunaraq, yolların qardan və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülüb. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı Səhmdar Cəmiyyətin mətbuat xidməti yayıb. Bildirilib ki, hazırda da bir-çox ərazilərə qar yağmağa davam etdiyindən bu istiqamətdə işlər davam etdirilir. Buna baxmayaraq hazırlıqsız sürücülərin yollara çıxması tövsiyə olunmur.