Son dəqiqə: ABŞ-ın ən böyük su bəndi DEŞİLDİ - 188 min insan...

ABŞ-ın Kaliforniya ştatında olan ölkənin ən yüksək Oroville gölününün sahilindəki eyni adlı su bəndində böyük sızıntı başlayıb.

ABŞ-ın Kaliforniya ştatında olan ölkənin ən yüksək Oroville gölününün sahilindəki eyni adlı su bəndində böyük sızıntı başlayıb.

Son günlər əraziyə həddindən artıq yağıntının düşməsi Oroville gölündəki su səviyyəsinin yüksəlməsinə səbəb olub. Suyun səviyyəsini azaltmaq üçün işlərə başlayan əməkdaşlar bənddə dəlik əmələ gəldiyini görüblər.

Dəliyin böyüməyə başlaması və su basqınlarına səbəb olması riski səbəbiylə təxminən 16 min əhalisi olan Oroville qəsəbəsi və ətrafındakı digər məntəqələrdəki əhalinin bölgədən çıxıb, daha yüksək yerlərə getmələri barədə xəbərdarlıq edilib.

"CNN International" ən azı 188 min insanın təxliyə edildiyini yazıb.

Xəbərdarlıq sonrası minlərlə şəxs avtomobilləri ilə qəsəbədən çıxmaq üçün yola düşüb, yollarda böyük tıxac yaranıb. Bu barədə Milli.az DailyMail-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31