Azərbaycanlə gənclərə Çində a li təhsil almaq imkanı

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"ə uyğun olaraq, 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb. Bu barədə məlumat "OLAYLAR"-a Təhsil Nazirliyindən daxil olub. Bildirilib ki, Azərbaycan Respublikası vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat, laboratoriya, təcrübə (internship), yataqxana və aylıq yaşayış xərcləri, təhsil haqqı, tədris materialları və s. Çin tərəfindən qarşılanır. Əlavə olaraq, Azərbaycan tərəfindən tələbələr üçün hər tədris ilində bir dəfə gediş-gəliş bileti təmin olunur. Çinin ali məktəblərində təhsil almaq istəyən şəxslərin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Çin tərəfindən aparılır. Sazişə uyğun olaraq hazırda 37 nəfər azərbaycanlı tələbə bir sıra ixtisaslar üzrə Çinin yüksək reytinqli ali təhsil müəssisələrində təhsil alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31