Aşıq Şəmşirin anım günü keçirilib  

Göygöl rayonunda Aşıq Şəmşirin abidəsinin önündə XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, klassik aşıq şeirinin ustadlarından olan Aşıq Şəmşirin vəfatının 37-ci ildönümünə həsr olunmuş anım günü keçirilib.

Göygöl rayonunda Aşıq Şəmşirin abidəsinin önündə XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, klassik aşıq şeirinin ustadlarından olan Aşıq Şəmşirin vəfatının 37-ci ildönümünə həsr olunmuş anım günü keçirilib. "Aşıq Şəmşir" Mədədniyyət Ocağı İctimai Birliyindən "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş sözü ilə açan birliyin sədr müavini Həbib Misirov Aşıq Şəmşirin həyat və yaradıclığı barədə ətraflı məlumat verib. Bildirilib ki, Aşıq Şəmşirin "Şeirlər" adlı ilk kitabı 1959-cu ildə "Akademiya" nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", "Şeirlər", "Öyüdlər" və s. kitabları işıq üzü görüb. Qeyd edilib ki, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi Dədə Şəmşirin irsinin öyrənilməsi və gənc nəsilə aşılanması istiqamətində silsilə tədbirlər təşkil edir. Mütəmadi olaraq sənətkarın irsinin araşdırılması ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil olunub, konfranslar keçirilir. Digər çıxış edənlər də Aşıq Şəmşirin yaradıçılığından danışdılar və Kəlbəcər və Aşıq Şəmşir adına musiqi məktəbinin şagirdləri Aşıq Şəmşirin şeirlərinə həsr edilmiş mahnılar ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31