Gündəm
İlham Əliyev Almaniyanın yeni seçilmiş Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.
Prokuror İŞİD tərkibində döyüşən azərbaycanlıya 14 illik həbs istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Ramin Xanmuradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Müstəqil qərar qəbul edə bilməyən FES, ABŞ-ı tərk etməyə hazırlaşan kapital - TƏHLİL
Ötən ildə avrozonaya daxil olan 19 ölkənin məcmu ümumi daxili məhsulunun artım tempi 1,7% təşkil edib ki, bu da ABŞ-ın iqtisadi artımından 0,1 faiz bəndi çoxdur. Bununla da 2008-ci ildə ilk dəfə olaraq Avrozonanın iqtisadi artımı ABŞ-ın iqtisadi artımını üstələyib. Eyni zamanda Avropa İttifaqının iqtisadi artımı ötən il 1,9% təşkil edib və bununla da 2011-ci ildən ilk dəfə olaraq ABŞ-ın ÜDM-nin artımını üstələyib. Sadə dildə desək, Avropada iqtisadi artım ABŞ-ın analoji göstəricisindən daha yüksək olub.
Bakıda ana və azyaşlı oğlu dəm qazından boğularaq ölüb
Bakının Binəqədi rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan, 1981-ci il təvəllüdlü Gülnarə Əfqan qızı Kərimova və onun oğlu, 2008-ci il təvəllüdlü Murad İlyas oğlu Kərimov yaşadıqları evdə dəm qazından boğulub.
Siyasətdə iflasa uğrayan Olland ermənilərdən maddi dəstək umur
Fransa prezidenti Fransua Ollandın erməni diasporu ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyinetmə prinsipinin əsas götürülməsi barədə fikir səsləndirməsi iflasa uğramış bir siyasətçinin ermənilərdən maddi maraq ummasından başqa bir şey deyil.
300 azərbaycanlı 4 gündür idman zalında yatır - VİDEO
Rusiyadan Azərbaycana deportasiya edilən vətəndaşlarımızın görüntüləri yayılıb. Videoda deportasiyasını gözləyən azərbaycanlıların 4-gündür çətin vəziyyətdə olduğu görünür.
Azərbaycanlı çilingər "Ukraynanın səsi" müsabiqəsində HEYRƏTLƏNDİRDİ - VİDEO
Ukraynada keçirilən "Ukraynanın səsi" müsabiqəsində azərbaycanlı çilingər iştirak edib. Cavid Məmmədov "Antonio Banderas - Cancion Del Mariachi" mahnısını ifa edib. Gənc ifaçı növbəti tura vəsiqə qazanıb. O, bununla yanaşı, müsabiqə iştirakçıları və seyrçilər üçün məşhur "Küçələrə su səpmişəm" xalq mahnısını da ifa edib. Azərbaycanlı iştirakçının hər iki ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.
Bakıxanov Ticarət Mərkəzində KÜTLƏVİ DAVA: gənci bıçaqladılar
Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb. Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.
"Molla dedi ki, ona rəhmət düşmür" - Qızı intihar edən ana...
Tanımadan, bilmədən, günahdan qorxmadan övladımın arxasınca danışanlar az deyil. Bir qız intihar edən kimi o dəqiqə başlayırlar onun haqqında mənfi düşünməyə.
5 övladı olan 14 ilin cütlüyü boşanır - FOTO
Türkiyənin tanınmış simaları Ayşe Kucuroğlu və 2003-cü ildə ailə qurduğu əri Taner Kucuroğlu boşanmaq qərarına gəliblər. Boşanma ərizəsini Ayşe K. məhkəməyə verib.
Türkiyənin sevilən serialı ilə bağlı gözlənilməz QƏRAR
Türkiyənin sevilən, sosial şəbəkələrdə ən çox müzakirə edilən serialı "Poyraz Karayel" finala çıxır. Ekran işi 82-ci seriyası ilə ekranla vidalaşacaq. Bu barədə məlumatı ekran işinin ssenari müəllifi Ethem Özışık Tvitter-də yazıb.
Azərbaycanlı qız Demet Akalını HEYRAN ETDİ - VİDEO
Azərbaycanlı xanım ifaçı Səidə Quliyeva Türkiyədə səhnə aldığı bir restoranda dinləyicilər arasında olan Demet Akalını özünə heyran edib. Azərbaycanlı xanım sənətçinin ifası zamanı videosunu çəkib paylaşan Demet ona təriflər yağdırıb: "Tövbə, bu necə bir səsdir! Dəldi keçdi. Tatlısəs dinləsə, "Yandırdı-yandırdı" deyərdi".
BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək
ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.
"Azərbaycan Qarabağa qanunsuz səfər edənlərə qarşı sərt mövqeyini davam etdirəcək"
Azərbaycan dövləti işğal edilmiş ərazilərimizə qanunsuz səfər edən şəxslərə qarşı sərt mövqeyini bundan sonra da davam etdirəcək. Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Politoloq: "Donald Trampın bir nömrəli hədəfi KXDR-dir"
“Koreya Xalq Demokratik Respublikası (KXDR) uzun müddətdir ki, həm atom silahına malikdir, həm də uzaq mənzilli ballistik raketlərin inşası və sınağı ilə məşğuldur. Artıq son bir ayda iki dəfə sınaq keçirilib və uğursuz olub. KXDR-nın rəhbərliyi açıq şəkildə bəyan edir ki, onların məqsədi ABŞ-ın istənilən nöqtəsinə çata biləcək ballistik raketlərin düzəldilməsidir. Bu raketlər nüvə döyüş başlığı ilə silahlandırılanda ABŞ üçün qorxulu ola bilər. Ona görə, ABŞ-ın yeni prezidenti Donald Trampın bir nömrəli hədəfi KXDR-dir”. Bunu politoloq Qabil Hüseynli deyib.














