Bakıxanov Ticarət Mərkəzində KÜTLƏVİ DAVA: gənci bıçaqladılar
Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb. Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.
13 Fevral 2017 12:37 SosialBakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb. Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, Bakıxanov Ticarət Mərkəzində ("Razin talkuçka"sı kimi tanınır) 6 nəfər arasında dava düşüb. Dava zamanı 1995-ci il təvəllüdlü Poladov Məbud Ərəstun oğluna 3 bıçaq xəsarəti yetirilib. M.Poladov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31