Azərbaycanlı çilingər "Ukraynanın səsi" müsabiqəsində HEYRƏTLƏNDİRDİ - VİDEO

Ukraynada keçirilən "Ukraynanın səsi" müsabiqəsində azərbaycanlı çilingər iştirak edib.  Cavid Məmmədov "Antonio Banderas - Cancion Del Mariachi" mahnısını ifa edib. Gənc ifaçı növbəti tura vəsiqə qazanıb. O, bununla yanaşı, müsabiqə iştirakçıları və seyrçilər üçün məşhur "Küçələrə su səpmişəm" xalq mahnısını da ifa edib. Azərbaycanlı iştirakçının hər iki ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, C.Məmmədov "Eurovision"nın qalibi olan Camalanın komandasında çıxış edir. Müsabiqə Ukraynanın "1+1" telekanalında yayımlanır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31