BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək

ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər.

ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. İclasın bu gün keçirilə biləcəyi bildirilir. KXDR-in raket buraxılışından sonra üç dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət ediblər. Ötən gün Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını sınaqdan keçirib. Bu gün isə rəsmi Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31