Gündəm

70 PKK-çı tutuldu - İstanbulda XÜSUSİ ƏMƏLİYYAT

13 Fevral 2017 12:06

Türkiyənin Terrorla Mübarizə İdarəsinin xüsusi təyinatlı qüvvələri İstanbulda PKK terror təşkilatının gizli üzvlərinə qarşı əməliyyat keçirib.

Məxfi döyüş planları oğurlandı: KƏŞFİYYAT HƏRƏKƏTƏ KEÇDİ

13 Fevral 2017 12:00

Türkiyənin ticarət gəmilərinə mümkün müharibə zamanı tətbiq etmələri üçün verilən məxfi döyüş planları itib. Türkiyə Milli İstihbarat Təşkilatı döyüş planlarının üçüncü şəxslərin əlinə keçməsində narahatdır.

DİN-in mətbuat xidmətinə YENİ TƏYİNAT

13 Fevral 2017 11:58

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.

Latviya XİN: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mütləq..."

13 Fevral 2017 11:56

Dağlıq Qarabağ münaqişəsi nüfuzlu beynəlxalq təşkilatlar fəal cəlb olunmadan həll edilə bilməz. Bu barədə  Azərbaycanda səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib.

KİV: İraqda İŞİD lideri ağır yaralanıb

13 Fevral 2017 11:53

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi ağır yaralanıb. Bu barədə “Alsumaria” və “Alhurra” telekanalları məlumat verib. Məlumata əsasən, Əl-Bağdadiİraqın qərbində endirilən havazərbəsi nəticəsində yaralanıb.

DİM qəbul imtahanlarının qiyməti ilə bağlı təkliflərini Tarif Şurasına göndərib

13 Fevral 2017 11:50

Dövlət İmtahan Mərkəzi (DİM) test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyənləşdirilməsinə dair təkliflərini Tarif Şurasına göndərib. DİM-dən ödənişlər orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün nəzərdə tutulur.

“Coğrafi adlar tariximizin və dilimizin yaddaşıdır” adlı tədbir keçiriləcək  

13 Fevral 2017 11:48

Fevralın 25-də “Coğrafi adlar tariximizin və dilimizin yaddaşıdır” adlı tədbir keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, tədbir Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində baş tutacaq.

Düşmənin növbəti təxribatının qarşısı alınıb- VİDEO

13 Fevral 2017 11:46

Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmti yayıb. Bildirilib ki, düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir.

Diaspor rəhbərindən eks-spikerə tərs sillə

13 Fevral 2017 11:43

“Tənqidi və düz sözü təhqir kimi qəbul edənlərdən nə demokrat, nə siyasətçi nə də bir ictimai xadim olmaz. Bir daha əmin oldum ki, kommunizmin törtöküntüsü olanlar nə islahatlar aparmaq, nə demoktatiyanın əsaslarını anlamaq, nə də muasir dövrlə ayaqlaşmaq qabilliyətində deyillər”.

Ermənilər 37 dəfə atəşkəsi pozub

13 Fevral 2017 11:41

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və qumbaratanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.

Yenə qar yağacaq…

13 Fevral 2017 11:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi  məlumata görəBakıda və Abşeron yarımadasında  Fevralın 13-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək.

Rumınlar sakitləşmək istəmirlər: "İstefa!"

13 Fevral 2017 11:37

Rumıniyanın paytaxtı Buxarestdə ölkə tarixinin ən böyük etiraz aksiyalarından biri səngimək bilmir. Dünən Buxarestlə yanaşı, ölkənin müxtəlif şəhərlərində on minlərlə insan küçələrə çıxaraq hakimiyyətə etiraz ediblər.

Cocuq Mərcanlıda yeni qəsəbənin tikintisilə bağlı tapşırıqlar verildi

13 Fevral 2017 11:34

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin inşasında iştirak edəcək tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib və birgə müzakirələr aparılıb.

"Quş qripi" ilə bağlı monitorinq başladı

13 Fevral 2017 11:32

Köçəri quşların yaz miqrasiyasının başlanmasını nəzərə alaraq növbəti monitorinqə start verilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.

Belarusa vizasız gediş başladı

13 Fevral 2017 11:29

Belarusda 5 günlük vizasız rejim işə düşüb.  Fevralın 12-dən Avropa ölkələri, həmçinin ABŞ, Yaponiya, Braziliya və İndoneziya vətəndaşları əlavə icazə almadan ölkəyə gələ bilərlər. Əcnəbilər Belarusa yalnız Minks hava limanından vizasız gələ bilərlər. Bunun üçün turistlərin pasport və ya onu əvəzləyən sənədi olmalıdır.