“Coğrafi adlar tariximizin və dilimizin yaddaşıdır” adlı tədbir keçiriləcək
Fevralın 25-də “Coğrafi adlar tariximizin və dilimizin yaddaşıdır” adlı tədbir keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, tədbir Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində baş tutacaq.
13 Fevral 2017 11:48 SosialFevralın 25-də "Coğrafi adlar tariximizin və dilimizin yaddaşıdır" adlı tədbir keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, tədbir Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində baş tutacaq. Liseyin tarix klubunun təşkilatçılığı ilə keçiriləcək tədbirdə filologiya elmləri doktoru, professor , türkololq alim , Bakı Mühəndislik Universitetinin profesoru , Azərbaycan multikulturalizmi Elm tədris mərkəzinin baş elmi işçisi Minəxanim Nuriyeva ( Təkləli ) iştirak edəcək. Beynəlxalq "Mahmud Kaşqari" və "Türk Dünyasına Hizmət" ödülü laureatı olan alim tədbirdə mövzu ətrafında məruzə ilə çıxış edəcək.