Yenə qar yağacaq…

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi  məlumata görəBakıda və Abşeron yarımadasında  Fevralın 13-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "Olaylar" - a verdiyi  məlumata görəBakıda və Abşeron yarımadasında  Fevralın 13-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti,  Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Azərbaycanın rayonlarındafevralın 13-də arabir qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 6-11, gündüz  0-5 dərəcə şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31