Diaspor rəhbərindən eks-spikerə tərs sillə
“Tənqidi və düz sözü təhqir kimi qəbul edənlərdən nə demokrat, nə siyasətçi nə də bir ictimai xadim olmaz. Bir daha əmin oldum ki, kommunizmin törtöküntüsü olanlar nə islahatlar aparmaq, nə demoktatiyanın əsaslarını anlamaq, nə də muasir dövrlə ayaqlaşmaq qabilliyətində deyillər”.
13 Fevral 2017 11:43 SosialPaşa Məmmədov: "Tənqidi və düz sözü təhqir kimi qəbul edənlərdən nə demokrat, nə siyasətçi nə də bir ictimai xadim olmaz"
"Tənqidi və düz sözü təhqir kimi qəbul edənlərdən nə demokrat, nə siyasətçi nə də bir ictimai xadim olmaz. Bir daha əmin oldum ki, kommunizmin törtöküntüsü olanlar nə islahatlar aparmaq, nə demoktatiyanın əsaslarını anlamaq, nə də muasir dövrlə ayaqlaşmaq qabilliyətində deyillər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədov Rəsul Quliyev barədə səsləndirib: "Rəsul Quliyev məni blok etdi. Guya onun kif atmış fikirlərini mən elə izləməkdəyidim. İndi onun kimi "demokratın" səyfəsini izləməkdən məhrum olandan sonra necə olacaq?. Bunlar nə vaxtdan demokrat oldular ki, o anı nəzərdən buraxdıq?". Diaspor nümayəndəsi qeyd edib ki, istər muxalifətdə, istər siyasətdə, istərsə də ictimai fəaliyyətdə gənclərin lideri gənc, qərb psixoloqiyasına uygun və muasir dövrlə ayaqlaşa bilən insan olmalıdır: "Bu qoca kafdarların dövrü getdi, lakin bunlar bunu da qavramaq imkanında deyillər. Növbəti seçkilərdə Rəsul Quliyev kimilərin mumiyaları iştirak etsə belə heç təəccüblənmərəm".