70 PKK-çı tutuldu - İstanbulda XÜSUSİ ƏMƏLİYYAT

Türkiyənin Terrorla Mübarizə İdarəsinin xüsusi təyinatlı qüvvələri İstanbulda PKK terror təşkilatının gizli üzvlərinə qarşı əməliyyat keçirib.

Türkiyənin Terrorla Mübarizə İdarəsinin xüsusi təyinatlı qüvvələri İstanbulda PKK terror təşkilatının gizli üzvlərinə qarşı əməliyyat keçirib. 104 ünvanda keçirilən xüsusi əməliyyat zamanı 70 nəfər şübhəli saxlanılıb. Saxlanılan şəxslərin evlərində axtarış zamanı çoxlu sayda silah-sursat da aşkar edilib. Əldə olunan kəşfiyyat məlumatlarına görə, sözügedən şübhəli şəxslər yaxın zamanlarda Türkiyədə terror aktları, silahlı hücumlar planlaşdırıbmış. Türkiyə polisi digər 34 nəfər PKK şübhəlisinin də tutulması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir. Bu barədə Publika.az xarici mediaya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31