Gündəm
Azərbaycanın əhəmiyyəti getdikcə artır
«Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev səsləndirib.
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir
Fevralın 13-dən 17-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində strateji liderlik proqramı kursu təşkil olunur. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, fevralın 13-dən 24-dək isə Niderland Krallığının Haaqa şəhərində hərbi-mülki əlaqələr üzrə qərargah zabiti kursu keçiriləcək. Eyni tarixlərdə Almaniyanın Qarmiş-Partenkirxen şəhərində dil testi üzrə seminar keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
“Nardaran işi” ilə bağlı məhkəmə davam etdirilib
Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Təcavüzə uğrayan 15 yaşlı qız qanaxmadan ÖLDÜ
İŞİD-dən ayrılan Nizar adlı terrorçu təşkilatlarının həbsxanalarındakı iyrəncliklərdən danışıb.
İbrahimoviç: "100 qol vurmasam..."
"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda komandasını dəyişə bilər. Bunu isveçli forvard özü deyib.
Qarabağda yaralanan erməni əsgərin vəziyyəti ağırdır
Fevralın 8-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaralanan erməni əsgər Koryun Kirakosyanın vəziyyəti ağırdır. Bu barədə erməni KİV-lərinə Mərkəzi Hərbi Klinikanın rəisi Aram Asatryan deyib.
"Disneylend"də həyəcan - Yüzlərlə insan təxliyə olundu
Honq Konqda "Disneylend" parkında şübhəli əşya səbəbi ilə yüzlərlə əməkdaş təxliyə olunub. Parka aid olan ofislərin birinə naməlum bağlama gətirildikdən sonra işçilər təxliyə olunmağa başlayıblar.
Əhali pulsuz müayinə ediləcək - Prezident tapşırıq verdi
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, 2014-cü ildən əhali pulsuz tibbi müayinədən keçirilir. Hər il respublikanın 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti tibbi müayinədən keçirilir, ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər.
MKİ şefinin Ankaraya səfəri Güləni hərəkətə keçirdi - FTB binasında GİZLİ GÖRÜŞ
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Mike Pompeonun bu həftə Türkiyəyə səfər etməsi Fəthullah Güləni ciddi narahat etməyə başlayıb.
Akademik Milli Dram Teatrı cənub bölgəsində
Fevralın 14-də Akademik Milli Dram Teatrının kollektivi “Vəsiyyət”tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanacaq.
Bir həftədə 1383 nəfər həbs edildi
Türkiyə Daxili İşlər Nazirliyi bu həftə ərzində 9 terrorçunu öldürüldüyünü, 1383 nəfərin isə şübhəli qismində həbs edildiyini açıqlayıb.
Praqada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq
Fevralın 27-də Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dəstəyi ilə Praqada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsini təşkil edəcək. Tədbirdə “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunacaq.
Xocalı soyqırımı Parisdə anılacaq
Fevralın 26-da Avropa Azərbaycan Cəmiyyəti Parisdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən musiqi proqramı təqdim edəcək.
Avropada hazırlanan terror aksiyaların qarşısını alındı
Türkiyə təhlükəsizlik orqanları Avropanın böyük şəhərlərində terror aksiyaları hazırlığında olan bir qrup terrorçunu həbs edib.
Atası Şahin Mirzəyevdən imtina etdi: "Heç vaxt onu bağışlamayacağam"
Ailəsi Ermənistandan "müvəqqəti sığınacaq" istəyən Talış Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü Şahin Mirzəyevdən imtina edib.














