Təcavüzə uğrayan 15 yaşlı qız qanaxmadan ÖLDÜ
İŞİD-dən ayrılan Nizar adlı terrorçu təşkilatlarının həbsxanalarındakı iyrəncliklərdən danışıb.
13 Fevral 2017 14:08 DünyaİŞİD-dən ayrılan Nizar adlı terrorçu təşkilatlarının həbsxanalarındakı iyrəncliklərdən danışıb. Suriyadakı İŞİD həbsxanalarında mühafizəçi işləyən Nizar təşkilatdakı qız uşaqlarının zorlandığını açıqlayıb. Onun dediyinə görə sudanlı hərbiçinin təcavüzündən sonra 15 yaşlı uşaq qanaxmadan dünyasını dəyişib. "God Reports"un suallarını cavablandıran terrorçu bildirib ki, burada qaçırılan qızlar və qadınlar seks köləliyinə məcbur edilirlər. Gecə yatanda kabus gördüyünü deyən terrorçu buna görə təşkilatdan ayrıldığını və Suriyadan Türkiyəyə köçdüyünü söyləyib. Bu barədə Milli.az "Milliyet"ə istinadla xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31



