Bir həftədə 1383 nəfər həbs edildi

Türkiyə Daxili İşlər Nazirliyi bu həftə ərzində 9 terrorçunu öldürüldüyünü, 1383 nəfərin isə şübhəli qismində həbs edildiyini açıqlayıb.

Türkiyə Daxili İşlər Nazirliyi bu həftə ərzində 9 terrorçunu öldürüldüyünü, 1383 nəfərin isə şübhəli qismində həbs edildiyini açıqlayıb.

"Olaylar" "SadeceHaber" - ə istinadən bildirir ki, nazirlik bir həftəlik hesabatında bunları açıqlayıb. 

Daha bir açıqlamasında isə nazirlik Jandarma Özəl Qüvvələri, Jandarma Komandir Birlikləri, Polis Özəl Qüvvələri daxili təhlükəsizliyi təmin etmək üçün türk Silahlı Qüvvələri ilə  havadan və qurudan birgə  əməliyyat həyata keçiriblər. Aparılan 250 əməliyyat nəticəsində  terrora dəstək iddiası ilə 520 nəfər şübhəli şəxs kimi saxlanılmış, bunlardan 26 nəfəri həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31