Azərbaycanın əhəmiyyəti getdikcə artır
«Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev səsləndirib.
13 Fevral 2017 14:15 Sosial"Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev səsləndirib. O, bildirib ki, Azərbaycanın xarici siyasəti müstəqil prinsipə əsaslanır və bu prinsip də milli maraqları özündə ehtiva edir: "Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Dövlətimizin başçısının Brüsselə səfəri və Avropa İttifaqının rəsmiləri ilə apardığı müzakirələr ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq. Təbii ki, Aİ güclü maliyyə-iqtisadi və siyasi mərkəz kimi bizim üçün əhəmiyyətlidir. Çünki Aİ ilə əlaqələr nəticə etibarilə bizim üzləşdiyimiz problemlərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Aİ Şərqlə Qərb, Şimalla Cənub arasında münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də, bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyəti getdikcə artır"