Gündəm

Məktəbdə DƏHŞƏTLİ HADİSƏ: direktor şagirdlərlə yatmaq üçün bunu edirmiş…

13 Fevral 2017 15:11

Ankarada yerləşən haymana Nuri Bektaş Anadolu liseyində direktorun oğlan şagirdlərini zorlaması ilə bağlı cinayət işi açılıb.

Mehdiabad-Digah avtomobil yolu yenidən qurulur

13 Fevral 2017 15:08

Uzun müddətdir ki, təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış və deformasiyaya uğramış Abşeron rayonu Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, eni 6-10 metr arası dəyişən, uzunluğu 8.8 km olan yolun bərpasına Digah qəsəbəsindən başlanılıb. Bərpa işləri zamanı piyadalar nəzərə alınaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5-2 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

Albaniya Prezidenti Bakıya gəlir

13 Fevral 2017 15:07

Albaniya Prezidenti Buyar Nişani və xanımı Odeta Nişani martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dölət Komitəsinin mətbuat xidmətindən daxil olub.

2016-cı il QİÇS-lə mübarizəyə dair hesabat

13 Fevral 2017 15:04

İİV/QİÇS problemi daima Səhiyyə Nazirliyinin nəzarətindədi. Nazirlikdən “Olaylar” – a verilən məlumata görə, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildi və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir. ÜST və UNAİDS-in 2016-cı ilin məlumatına əsasən İİV-lə mübarizədə qalibiyyət yalnız yeni yoluxma hallarının qarşısının alınması və antiretrovirus müalicəsinə əlçatanlığın genişləndirilməsi yolu ilə mümkündü.

"Arvadın indi evdə sənə xəyanət edir" - Gecə növbəsində çalışan kişiyə müəmmalı zəng

13 Fevral 2017 14:56

Türkiyənin Ege bölgəsində yerləşən Aydının Nazilli Mahalındakı fabrikdə gecə növbəsində çalışan N.U.-ya qəfil zəng gəlib. Zəng edən adamın xəbərdarlığıyla evinə gedincə yatağında həyat yoldaşını bir başqa kişilə tutub.

Türkiyə ordusu Əl-Babın 40 faizini ələ keçirib - VİDEO

13 Fevral 2017 14:52

Türkiyə Silahlı Qüvvələri (SQ) "Azad Suriya Ordusu"nun dəstəyi ilə Suriyanın şimalındakı Əl-Bab bölgə mərkəzinin 40 faizini ələ keçirib.

Gömrük yığmaları  azalıb

13 Fevral 2017 14:50

Yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK-nın) xətti ilə dövlət büdcəsinə dekabrdakından 61.4 milyon manat az daxil olub. Bunun iqtisadi fəallığın azalmasından qaynaqlandığı bildirilir.“Olaylar” xəbər verir ki, ötən ay DGK-si 173.6 milyon manat vergi və rüsum toplaya bilib.

Belarus milli ideyaya doğru

13 Fevral 2017 14:47

Son illər rəsmi Bakı ilə Minsk arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsi, müxtəlif sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi Belarusla Azərbaycan arasında çox sıx münasibətlər yaradıb. Təsadüfi deyil ki, artıq Minsk və Bakı bir-birinin strateji tərəfdaşı kimi xarakterizə edilir.

İrəvanın təxribatçı planının tərkib hissəsi

13 Fevral 2017 14:46

Zaman-zaman ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışan antiAzərbaycan qüvvələr bir qayda olaraq dini və etnik münasibətlər zəminində respublikada gərginlik yaratmağa çalışırlar. Keçən il dini ölkədə zəmində qarşıdurma yaratmaq istəyinə düşən məlum şəbəkə bu planın gerçəkləşdirilməsinə nail ola bilmədikləri üçün bu dəfə etnik problemləri qaldırmağa, guya Azərbaycanda yaşayan etniklərin təzyiqlərə məruz qaldığı görüntüsü yaratmağa cəhd göstərirlər. Bu günlərdə yaşanan xoşagəlməz olay bunun əyani sübutudur. Xəbərlərdən də aydın olduğu kimi bu günlərdə Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü Şahin Mirzəyev Ermənistana keçərək işğalçı ölkədən sığınacaq alıb.

"Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi"

13 Fevral 2017 14:43

Bakı camaatının həmin günki sevincini təsəvvür etmək çətin deyildi. Axı 100 il əvvəl Bakıda su qara qızıl - neft qədər dəyərli idi.

Züleyxa Nadir yazır... İntihara gedən sürüşkən yollar

13 Fevral 2017 14:41

İllər öncə kəndimizdə gənc bir qadın özünü yandırmışdı. Onda mən uşaq idim. Bütün kənd o hadisədən danışırdı. Hamı qadının anasını məzəmmət edir, günahlandırır, ünvanına təhqiramiz ifadələr işlətməkdən belə çəkinmirdilər. Deyirdilər ki, yanıb ölmüş qız qalıb ortada, ana onun qızıl boyunbağısının dağılan dənələrini yerdən toplayırmış. Həmin o daş ürəkli anaya kənddə dəli deyirdilər – qızına olan münasibətinə görə.

Bələdiyyələr ölkə iqtisadiyyatına hansı töhfələr verə bilər?

13 Fevral 2017 14:39

Ölkəmizdə 2025-ci ilədək olan dövr üçün yoxsulluğun azaldılması və iqtisadi inkişafa dair mili iqtisadiyyatın demək olar ki, bütün sektorlarını əhatə edən strateji yol xəritələri hazılanıb və hədəflər müəyyənləşdirilib. Bəs bələdiyyələr ölkədə aparılacaq islahatlara necə qoşulmalı və rolu nədən ibarət olmalıdır? Bu və ya digər suallara aydınlıq gətirən Hökməli bələdiyyəsinin sədr müavini Fərman Salmanlı bildirib ki, geniş resurs və imkanlara malik yerli özünü idaretmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramlarının gerçəkləşməsinə bələdiyyə müəssisələrini və bizneslərini quraraq töhfələrini verə bilərlər.

Azərbaycanda YENİ NAZİRLİK yaradılır

13 Fevral 2017 14:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Yollar buz bağlayacaq

13 Fevral 2017 14:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin “Olaylar” –a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarına gözlənilən zəif qarın səhər tədricən kəsiləcəyi ehtimal olunur.

Özbəkistan televiziya kanalında Azərbaycana həsr olunan proqram təqdim edilib

13 Fevral 2017 14:17

Daşkənddəki “Dunyo boylab” televiziya kanalında özbək dilində “Telesayohat Ozarbayjon” adlanan ikihissəli proqram nümayiş etdirilib.