Mehdiabad-Digah avtomobil yolu yenidən qurulur
Uzun müddətdir ki, təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış və deformasiyaya uğramış Abşeron rayonu Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, eni 6-10 metr arası dəyişən, uzunluğu 8.8 km olan yolun bərpasına Digah qəsəbəsindən başlanılıb. Bərpa işləri zamanı piyadalar nəzərə alınaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5-2 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
13 Fevral 2017 15:08 SosialUzun müddətdir ki, təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış və deformasiyaya uğramış Abşeron rayonu Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, eni 6-10 metr arası dəyişən, uzunluğu 8.8 km olan yolun bərpasına Digah qəsəbəsindən başlanılıb. Bərpa işləri zamanı piyadalar nəzərə alınaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5-2 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.
Bundan başqa bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılacaq və karbonat materialı tökülərək kipləşdirmə işləri aparılacaq. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.