İrəvanın təxribatçı planının tərkib hissəsi
Zaman-zaman ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışan antiAzərbaycan qüvvələr bir qayda olaraq dini və etnik münasibətlər zəminində respublikada gərginlik yaratmağa çalışırlar. Keçən il dini ölkədə zəmində qarşıdurma yaratmaq istəyinə düşən məlum şəbəkə bu planın gerçəkləşdirilməsinə nail ola bilmədikləri üçün bu dəfə etnik problemləri qaldırmağa, guya Azərbaycanda yaşayan etniklərin təzyiqlərə məruz qaldığı görüntüsü yaratmağa cəhd göstərirlər. Bu günlərdə yaşanan xoşagəlməz olay bunun əyani sübutudur. Xəbərlərdən də aydın olduğu kimi bu günlərdə Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü Şahin Mirzəyev Ermənistana keçərək işğalçı ölkədən sığınacaq alıb.
13 Fevral 2017 14:46 SiyasətErmənistan hakimiyyəti kəşfiyyat maşınının köməyi ilə illərdir Azərbaycanda millətlər arasında qarışıqlıq salmaq istəyir
Zaman-zaman ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışan antiAzərbaycan qüvvələr bir qayda olaraq dini və etnik münasibətlər zəminində respublikada gərginlik yaratmağa çalışırlar. Keçən il dini ölkədə zəmində qarşıdurma yaratmaq istəyinə düşən məlum şəbəkə bu planın gerçəkləşdirilməsinə nail ola bilmədikləri üçün bu dəfə etnik problemləri qaldırmağa, guya Azərbaycanda yaşayan etniklərin təzyiqlərə məruz qaldığı görüntüsü yaratmağa cəhd göstərirlər. Bu günlərdə yaşanan xoşagəlməz olay bunun əyani sübutudur. Xəbərlərdən də aydın olduğu kimi bu günlərdə Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü Şahin Mirzəyev Ermənistana keçərək işğalçı ölkədən sığınacaq alıb. Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, işğalçı ölkəyə sığınan həmin şəxs "Tolişi Sado" qəzetinin əməkdaşıdır. Onun ailə üzvləri ilə bərabər Ermənistana keçdiyi bildirilir. Hər nə qədər təəssüfedici bir məqam olsa da, lakin reallıq ondan ibarətdir ki, özünü talış xalqının nümayəndəsi kimi təqduim edən Şahin Mirzəyevin Ermənistandan sığınacaq alması sıradan bir hadisə deyil. Burada əsas məqsəd Azərbaycanda etnik zəmində qarşıdurma yaratmaq, cəmiyyətdə talışlara qarşı nifrət hissi formalaşdırmaqdır. Amma Azərbaycan bu kimi təxribatlarla zaman-zaman üz qaldığı və həmin imtahanlardan üzüağ çıxdığı üçün məlum şəbəkənin bu dəfəki cəhdinin də uğursuz alınacağı şübhəsizdir. Çümki talış xalqı yalnız Şahin Mirzəyevdən ibarət deyil və ölkəmizdə yaşayan talışlar da bunu təsdiqləyirlər. Sadəcə bu erməni lobbisi və onlara xidmət edən müəyyən dairələrin növbəti təxribatçı əməllərinin tərkib hissəsidir. Elə əksəriyyət də bu qənaətdədir.
Milət vəkili Sahib Alıyev hesab edir ki, ermənilər ələ aldıqları Şahin Mirzəyevi talış deyə təqdim etsələr də, lakin bu bir reallıqdır ki, əsl talış haya sığınmaz. Sahib Alıyevin sözlərinə görə, əsl talışın kim olduğunu ermənilər Qarabağ savaşında görüblər və bu gün də cəbhədə düşməni bir-bir dənləyənlərin arasında yüzlərlə, minlərlə talış xidmət edir: "Düşmənin şərəfsizin birinin etnik kimliyini niyə qabartmağa çalışdığı aydındır. Ancaq nə onlar, nə də havadarları öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Haylardan fərqli olaraq, hansı xalqı və etnik qrupu təmsil edir-etsin, hər bir azərbaycanlı öz ölkəsiylə qürur duyur. Ona görə qürur duyur ki, burada ayrı-seçkiliyə yol verilmədiyini görür, ona-buna əl açıb dilənən forpost Ermənistanın deyil də, kimsəyə boyun əyməyən, ləyaqətlə hərəkət edən müstəqil bir dövlətin vətəndaşı olduqlarını bilirlər. Firkimcə, Azərbaycanda etnik qarşıdurma yaratmaq istəyən haylara və digərlərinə ən gözəl cavabı elə ölkəmizdə yaşayan etniklər verir".
Politoloq Elxan Şahinoğlu da bildirib ki, qardaşlarımız olan talışlar, kürdlər və ləzgilər Qarabağ müharibəsində şücaət göstəriblər, qəhrəmancasına həlak olublar: "İndi də səngərləri Azərbaycanı canlarıyla, qanlarıyla qoruyurlar. Elə nəşini geri qaytardığımız, qeyri-bərabər döyüşdə bir neçə işğalçını məhv edən və prezident İlham Əliyevin fərmanı ilə milli qəhrəman adına layiq görülən Çingiz Qurbanov da Qusar rayon sakinidir". Politoloq deyib ki, Ermənistan hakimiyyəti kəşfiyyat maşının köməyi ilə illərdir Azərbaycanda millətlər arasında qarışıqlıq salmaq istəyir: "Lakin alınmır. Bir ara kürdləri işğal altındakı Laçına yerləşdirmək istəyirdi, bu təxribatları da alınmadı. Ancaq hər millətdən xəyantəkarlar olur. Milliyətçə talış olan keçmiş Azərbaycan vətəndaşının ailəsiylə birgə Ermənistanda məskunlaşdırılması İrəvanın təxribatçı planının bir hissəsidir. Bu rəsmi İrəvanın bir növ Azərbaycanın ədalətli mövqeyini qəbul edən də Sülh Platformasına qoşulan, eləcə də "Dağlıq Qarabağ Azərbaycana aiddir" deyən ermənilərə cavabdır. Bu platformaya onlarla erməni qoşulub, Ermənistanda məskunlaşan keçmiş Azərbaycan vətəndaşı isə cəmi bir "nümunədir". Buna baxmayaraq, ehtiyatlı olmalıyıq, Ermənistan hakimiyyətinin təxribatlarına aldanmayaq, sosial şəbəkələrdə hansısa millətin ünvanına ifadələrimizdə korrekt olaq".
Şahin Mirzəyevin erməni maraqlarına xidmət edən hərəkətlərinə talış xalqının nümayəndələrindən də cavab gəlib. Belə ki, Azəri-Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərov Şahin Mirzəyevin Ermənistandan sığınacaq almasını qətiyyətlə pisləyib: "Talış adından istifadə edib, doğma vətənimiz Azərbaycan Resbublikası ilə uzun illərdir ki, müharibə vəziyyətində olan, Ermənistan Respublikasına sığınan Mirzəyev Şahinin hərəkətlərini qətiyyətlə pisləyirəm. Şübhə yoxdur ki, bu gün Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşları olan talışlar milliözünüifadə müstəvisində həllini gözləyən bəzi problemlərlə üz-üzə qalmışdır. Lakin, bu, heç kimimizə əsas vermir ki, babalarımızın uyuduğu müqəddəs vətənə xəyanət "eşqinə" düşək".
Füzuli